Loading

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 879 yeni yoluxma faktı qeydə alınıb, 334 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 244 303 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 232 228 nəfər müalicə olunaraq sağalıb, 3 325 nəfər vəfat edib, aktiv xəstə sayı 8 750 nəfərdir.

Ölkədə son sutka ərzində 9776, hazırkı dövrədək isə 2 756 457test aparılıb.

Qeyd edək ki, dünən Azərbaycanda 933 nəfər koronavirusa yoluxmuşdu.

Bir cavab yazın