Loading

Gənclərin İnkişaf və Karyera Mərkəzinin növbəti – Neftçala nümayəndəliyi fəaliyyətə başlayıb.

BizimNeftcala.info xəbər verir ki, bu münasibətlə keçirilən onlayn tədbirə rayon İcra Hakimiyyətinin rəhbərliyi, Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation-nun icraçı direktoru, yerli Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və rayon gəncləri olmaqla 300-ə yaxın iştirakçı qoşulub.

Açılış tədbirində çıxış edən rəsmi nümayəndələr Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti, ölkəmizdə gənclər üçün yaradılan imkanlar barədə danışıblar.

Daha sonra virtual şəkildə mərkəzin imkanları barədə qonaqlara ətraflı məlumat verilib. Artıq fəaliyyət göstərən 29 regionun fəaliyyətlərini əks etdirən video çarx da qonaqlara təqdim olunub. Tədbir istedadlı region gəncinin musiqili çıxışı və təlim xarakterli oyunlarla davam etdirilib.

Region gəncləri, həmçinin, onlayn şəkildə “Gənc Könüllü” proqramına qoşulmaq üçün qeydiyyatdan keçiblər.

Bununla, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndəliklərinin fəaliyyətə başladığı şəhər və rayonların sayı 30-a çatıb.

Bir cavab yazın