BizimNeftcala.info xəbər verir ki, Bakı şəhərinin işğaldan azad edilməsinin 102-ci ildönümü ilə əlaqədar bu gün – sentyabrın 15-də Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, Rayon Hüquq Mühafizə Orqanlarının rəhbər işçiləri, Qafqaz Müsəlmanları İdarəsinin Neftçala rayonu üzrə səlahiyyətli nümayəndəsi, rayon ağsaqqalları və ziyalılarla Neftçala rayonu Bankə qəsəbəsində yerləşən “Seyidlər” qəbiristanlığında dəfin olunan 7 türk əsgərinin məzarını və “Türk Şəhidlərinin” xatirəsinə ucaldılmış abidəni ziyarət edib, tər çiçəklər qoyub və onların ruhlarına dualar oxunub.