Azərbaycan-Tacikistan sənədləri iki ölkə münasibətlərində yeni bir mərhələ açacaq.
Azərbaycan Respublikası Prezidentinin cari ilin 23 may tarixində Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanat iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımları əks etdirir. Bu səfər Azərbaycan-Tacikistan münasibətlərində yeni bir mərhələ açaraq, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da genişlənməsinə şərait yaratmışdır.
Cari ilin 23 may tarixində imzalanmış Azərbaycan-Tacikistan sənədləri iki ölkə arasında münasibətlərin hüquqi bazasını möhkəmləndirir. Bu sənədlər arasında Strateji Tərəfdaşlıq Bəyannaməsi, sənaye, rəqəmsal ticarət, ətraf mühitin mühafizəsi və digər sahələrdə əməkdaşlığa dair memorandumlardan ibarətdir. Bu sənədlər iki ölkə arasında iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrin inkişafına mühüm töhfə verəcəkdir.
“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” iki ölkə arasında əlaqələrin, münasibətlərin daha da genişləndirilməsində mühüm rol oynayacaq.
Pərviz Hacıyev,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri