Dünyada vəziyyət sürətlə və bir qayda olaraq mənfi istiqamətdə dəyişir.
Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə mətbuata bəyanatında bildirib ki, dünyada vəziyyət sürətlə və bir qayda olaraq mənfi istiqamətdə dəyişir: “Yeni münaqişələr, yeni qeyri-sabitlik ocaqları yaranır.
Mövcud münaqişələrin bir qayda olaraq öz həllini tapmadığını vurğulayan dövlətimizin başçısı Cənubi Qafqazda Azərbaycanın beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinin bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə hərbi-siyasi yolla həll etdiyi münaqişənin istisna olduğunu diqqətə çatdırıb.
Beynəlxalq təşkilatların bir çox hallarda münaqişələrin həll edilməsində, dünyada sülhün və ədalətin bərqərar edilməsində çox lazımsız struktura çevrilmələri, real fayda verə bilməmələri heç kimə sirr deyil. Biz dünyada davam edən münaqişələrə: İsrail – Fələstin, Hindistan – Pakistan, Hindistan – Çin, Balkanların davam edən münaqişələrə və Afrikada olan münaqişələrə baxsaq görərik ki, bu münaqişələr illərlə davam etsə də real həll üsulu yoxdur. Bu da onu göstərir ki, beynəlxalq təşkilatlar bu məsələdə kifayət qədər öz effektini göstərə bilmir. Bunun müxtəlif səbəbləri ola bilər. Birincisi ondan ibarətdir ki, bu münaqişələrə kifayət qədər diqqət ayırmırlar. Sadəcə vasitəçilik funksiyasını öhdələrinə götürürlər, tərəfləri kompromisə çağırırlar. Tərəflər kompromisə gələ bilsə beynəlxalq təşkilatlara ehtiyac olmaz. Beynəlxalq təşkilatlar onları məcbur etmirlər.
Beynəlxalq təşkilatların əsas idarəçilik mexanizmi İkinci Dünya müharibəsindən sonra formalaşmış beş ölkə tərəfindən müəyyən edilib. Bütün dünyadakı siyası prosesləri beş ölkənin çıxarları qoruyur. Digər ölkələr çox da ciddiyə alınmır. Başqa bir məqam ondan ibarətdir ki, beş ölkənin özləri arasında ortaq fikir yoxdu. Hazırda beş ölkənin ikisi bir tərəfdə – Rusiya, Çin, ikisi digər tərəfdə – ABŞ, Böyük Britaniya qütbləşmə yaradır. Sanki dünyanı qlobal qütbləşməyə və müharibəyə aparırlar. Fransa isə özünü Qərbdə göstərsə də, arada Şərq bloku ilə də əməkdaşlıq edir. Faktiki olaraq, onların özləri də müharibə şəraitindədirlər. Onlar belə halda sülhü necə təmin edə bilərlər?
Digər tərəfdən, bəzi hallarda münaqişələrin davam etməsində onlar maraqlı olurlar. Başqa bir məqam ondan ibarətdir ki, bəzi hallarda da faktiki olaraq bu ölkələr lazımsız yerdə öz maraqlarına uyğun münaqişə çıxarırlar. ABŞ-ın Yaxın Şərqdəki əməliyyatları, Avstraliyanın qoşun çıxarması və s. belə hallar dediklərimizə aiddir. Yekunda, fərqli səbəblərdən də olsa, münaqişələr qəsdən uzadılır. Ona görə də beynəlxalq güclər qərar verməlidir. Ona görə də düşünürəm ki, beynəlxalq təşkilatlar yenidən struktur formalaşdırmalıdır. Oraya əlavə dövlətlər dəvət olunmalıdır. Məsələn, Təhlükəsizlik Şurasının daimi üzvləri arasında bütün müsəlman dünyasını təmsil edən bir dövlət də yoxdur. Və yaxud bütün Afrikanı, Latın Amerikasını təmsil edən dövlət yoxdur. Ona görə də BMT yenidən yığılmalı, formalaşmalı və daha ədalətli seçim olmalıdır. Digər tərəfdən də tarixi proseslərdən dərs çıxarmalıdırlar. Əks halda hər bir ölkə öz problemini özü həll edəcək.
Mirülvi Ağalarov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini