Loading

“Boykot” pərdəsi altında zəifliyi gizlədən radikallar.

“Siyasi partiyalar haqqında” yeni Qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikal siyasi qüvvələrin bütün uydurma mifləri puç olmuşdur. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçiblər. Əslində bu siyasi acizliyin və məğlubiyyətin etirafıdır. Məntiq və rasionallıqdan məhrum olmuş, habelə milli maraqlara xidmət etməkdən uzaq olan radikallar anlamalıdırlar ki, boykotun elan olunması həmdə onların mənəvi məğlubiyyəti deməkdir. Radikalların “boykotu” bir sıra məkrli hədəflərə hesablanıb. Bununla radikallar qərəzli təxribatlar üçün müxtəlif səviyyələrdə informasiya bəhanələri formalaşdırmağa, iqtidarı qərəzli şəkildə tənqid etmək üçün süni “imkanlar” yaratmağa, öz zəifliklərini gizlətməyə və cəmiyyətdə emosional gərginliyə nail olmağa çalışırlar. Sağlam rəqabətin əvəzinə təxribatları seçən destruktiv müxalifət bir daha sübut edir ki,  onlar xarici qüvvələrə xidmət edirlər.  “Boykot” siyasi rəqabət metodu deyil, qərəzli informasiya manipulyasiyalar üçün münbit şərait yaradan siyasi texnologiyadır. “Kirli” texnologiyalarının klassik növü hesab olunan “boykotdan” əsasən sabit ictimai münasibətlərdə emosional və qalmaqallı situasiyaları yaratmaq üçün istifadə olunur. “Boykot” siyasətdə prinsipial mövqeyin nümayişi deyil,  bilavasitə təxribatlara yol açan ucuz siyasi hiylədir.

Cəmiyyətin inkişafına və milli həmrəyliyə zərər verə biləcək əməllər bütün dövrlərdə radikalların fəaliyyətini xarakterizə edən əsas keyfiyyətlərdən olublar. Seçkilərdə iştirak siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsidir. Siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsi olan seçkilərdə iştirak etməkdən imtina edənlərin səbəbi zəiflik və qalmaqallı situasiyaları təhrik etməkdir. Azərbaycanın tərəqqisini, inkişafını, suverenliyinin təmin olunmasını həsm edə bilməyən qüvvələrlə birləşən Əli Kərimli ölkə iqtidarına qarşı məkrli böhtanlar yağdırır, sosial şəbəkələrdə radikal çıxışları ilə ictimai rəy formalaşdırmağa çalışır. Qəbul etmək istəmir ki, bu günki Azərbaycan iqtisadi qüdrəti, siyasi sabitliyi, tərəqqisi, diplomatik uğurları ilə dünya siyasətinin aparıcı dövlətləri ilə eyni sıradadır. Və qazanılan bütün uğurlar məhz cənab İlham Əliyevin gərgin, yorulmaz fəaliyyətinin məhsuludur.

 

Bahar Məcidova,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini

Bir cavab yazın