Loading

Qarabağın əzəli və əbədi sahibləri Azərbaycan xalqıdır!

21 dekabr 2023-cü il tarixində Xankəndi şəhər stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında baş tutmuş oyun Şanlı tariximizin növbəti şərəfli səhifəsinə çevrildi. Tarixi idman yarışında Müzəffər Ali Baş Komandanın və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı, xalqımızı qürurla salamlaması, ətrafında Şəhid əmanətlərinin, qəhrəman qazilərimizin əyləşməsi xalqımızın böyük sevincinə səbəb oldu. Tarixi anlara stadionda şahidlik edən minlərlə Qarabağlı və idman ictimaiyyəti nümayəndələri qürurlu tariximizin iştirakçısına çevrildilər.  şahidlik etdi. Bütün Azərbaycan xalqının sevincinə səbəb olmuş unudulmaz hadisə, həm də siyasi məqsəd daşıyırdı. Bəli, “Qarabağ” və “MOİK” klublarının futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Cənab Prezident nitqində bu məqamı xüsusi vurğulayaraq, qədirbilən xalqımızın birliyini önə çəkdi. Qeyd edək ki, Xankəndi qədim Azərbaycan diyarıdır. Xankəndinin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur. Şəhər Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən tikilmiş və iri sənaye mərkəzinə çevrilmişdir. Sovetlər birliyinin dağılması ərəfəsində erməni separatçılar fürsətdən istifadə edərək Xankəndidə yuva sala bildilər. Beləcə torpaqlarımızın işğalı ilə 30 il ərzində tarixi Xankəndi şəhərimiz separatizmin belə demək olarsa məskəninə çevrildi. Separatizmin himayəçisi qismində çıxış edən rəsmi İrəvan ümid edirdi ki, onlar burada əbədi qala biləcəklər. Lakin zaman əksini göstərdi. Qüdrətli Azərbaycan Ordusu onlara və havadarlarına sübut etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların əzəli və əbədi sahibləri Azərbaycan xalqıdır. Üç il öncə ərazi bütövlüyünü təmin edən Azərbycan, üç ay öncə suverenliyini tam şəkildə bərpa etdi. Cəmi bir gün bəs etdi ki, separatizmin yuvası darmadağın edilsin, diz çökdürülsün. Üç ay öncəyə qədər özünü “rəhbər” hesab edənlər bu gün Azərbaycan qanunları ilə sorğulanır. Əlbəttə ki, hər kəs öz layiqli cavabını alacaqdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərlə Azərbaycan xalqı, dünya azərbaycanlıları bundan sonra əbədi fəxr edəcəklər.

 

İsmət Bəşirov;

Neftçala rayonu, Vətən Müharibəsi qazisi

Bir cavab yazın