Sənaye məhsulunun ümumi həcmində özəl sektorun payı 54,9 faizdən 87,6 faizə qədər yüksəlib.
Son 20 il ərzində Azərbaycanda istehsal olunan sənaye məhsullarının illik dəyəri 21,6 dəfə artaraq 4 milyard manatdan 86,4 milyard manata çatıb”.
“Sənaye məhsulunun ümumi həcmində özəl sektorun payı 2002-ci ildə 54,9% olduğu halda, 2022-ci ildə 87,6% təşkil edib. 2002-2022-ci illərdə ölkənin qeyri-neft-qaz sənayesində istehsalın həcmi 1,6 milyard manatdan 17,7 milyard manata çatıb ki, bu da 4,3 dəfə real artımdan xəbər verir”.
Sənayenin inkişafına yönəlmiş əhəmiyyətli mexanizmlərdən biri dövlət başçısının təşəbbüsü ilə sənaye zonalarının – sənaye parkları və məhəllələrinin yaradılmasıdır:
“Ölkədə 7 sənaye parkı – Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ, Pirallahı, Ağdam və Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları, 5 sənaye məhəlləsi – Neftçala, Masallı, Hacıqabul, Sabirabad və Şərur sənaye məhəllələri yaradılıb. Azərbaycanda sənaye zonalarında ümumilikdə 10,23 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 3,35 milyard manatlıq hissəsi ixrac olunub. Cari ilin birinci yarısında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 1,4 milyard manatlıq məhsul satılıb ki, bunun da 33,2%-i, yəni 470,6 milyon manatlıq hissəsi ixracın payına düşür.
2023-cü ilin birinci yarısında sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 16,5%, qeyri-neft sənaye məhsullarının ixracında isə 20,7% (470,6 milyon manat) olub. Sənaye zonalarında istehsal edilən məhsullar 50-dən artıq ölkəyə ixrac olunur. Sahibkarların biznes fəaliyyətini stimullaşdıran, onların vergi və gömrük güzəştləri əldə etməsi üçün əlverişli şərait yaradan və 2016-cı ildən tətbiq edilən investisiya təşviqi mexanizmi çərçivəsində 7 ildən artıq müddət ərzində 583 layihə təşviq olunub. Layihələrin icrası nəticəsində iqtisadiyyata 5,6 milyard manatdan artıq investisiya yatırılması, 38,6 mindən çox iş yerinin yaradılması nəzərdə tutulub. İndiyədək dəyəri 1,8 milyard manatdan artıq olan texnika, texnoloji avadanlıq və qurğular güzəştli şərtlərlə ölkəyə idxal edilib və müasir istehsal sahələri qurulub. Təşviq edilmiş layihələrin icrası nəticəsində ölkədə yeni məhsullar istehsal edən müəssisələr yaradılıb. Prezidentin 20 dekabr 2022-ci il tarixli fərmanı ilə əvvəlki illərin təcrübəsi nəzərə alınmaqla investisiya təşviqi mexanizmi təkmilləşdirilib. İnvestisiya təşviqi sənədi 2023-cü ilin 1 yanvar tarixindən 3 il müddətində sənaye məhəllələri, aqroparklar, turizm və rekreasiya zonaları və müvafiq ərazilərdə həyata keçirilən layihələrə, eləcə də dövlət başçısı tərəfindən müəyyən edilən istiqamətlər üzrə strateji layihələrə verilir. Yeni meyarlara ekoloji nöqteyi-nəzərdən əhəmiyyətli olan tullantıların təkrar emalı fəaliyyət sahəsi əlavə olunub, turizm istiqamətli fəaliyyət sahələri genişləndirilib. Mexanizm çərçivəsində layihələr üzrə idxal olunan texnika, texnoloji avadanlıq və qurğuların əhatə dairəsinin dəqiqləşdirilməsi məqsədilə mal mövqelərinin siyahısı təsdiq edilib. Hazırda strateji layihələr üzrə istiqamətlərin müəyyən olunması ilə bağlı işlər aparılır”.
Mirülvi Ağalarov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini