Loading

“Biz bu gün hansı gənc nəsli yetişdirə bilsək, Azərbaycanın gələcəyi ondan çox asılı olacaqdır. Əgər bugünkü gənc nəsil Azərbaycan xalqının bütün qayğılarına qalmaq iqtidarına malik olacaqsa, yüksək biliyə, təcrübəyə malik olacaqsa, təbiidir ki, biz Azərbaycanın gələcəyi haqqında narahat olmamalıyıq.”

Həyatını bütünlüklə Azərbaycana, xalqına həsr etmiş Ümummilli lider Heydər Əliyevin həyat amallarından biri məhz, sağlam, savadlı, vətənpərvər gənclik yetişdirməkdən ibarət idi. Onun vaxtilə söylədiyi fikirlər bu gün böyüməkdə olan nəsil üçün dəyərli və müdrik tövsiyə kimi qəbul olunmaqdadır: “Biz bu gün hansı gənc nəsli yetişdirə bilsək, Azərbaycanın gələcəyi ondan çox asılı olacaqdır. Əgər bugünkü gənc nəsil Azərbaycan xalqının bütün qayğılarına qalmaq iqtidarına malik olacaqsa, yüksək biliyə, təcrübəyə malik olacaqsa, təbiidir ki, biz Azərbaycanın gələcəyi haqqında narahat olmamalıyıq.”

Azərbaycan hələ sovetlər birliyində olarkən, bir çox sahələrdə idioloji məhdudiyyətlərin, qadağaların olduğu dövrlərdə Ölkəmizə rəhbərlik edən Ulu Öndər özünün şəxsi nüfuzu və qətiyyəti sayəsində Azərbaycanla bağlı tarixi qərarların verilməsinə nail olmuşdur. Bu mənada Dahi şəxsiyyətin Azərbaycan gənclərinin keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almasına nail olması, onlarla tez-tez görüşüb tövsiyələr verməsi onun savadlı gəncliyə verdiyi xüsusi diqqət və qayğının bariz nümunəsi idi. Ulu Öndər böyük risk və səylər hesabına 1971-ci ildə C.Naxçıvanski adına Hərbi Məktəbin Azərbaycanda açılmasına nail olmaqla bu günümüz üçün əvəzsiz iş gömüşdür. Əminliklə deyə bilərik ki, bu gün Qalib Ordumuzda xidmət edən zabitlərin böyük əksəriyyətinin yolu məhz həmin məktəbdən keçmişdir. Bu gün özünün ən parlaq dövrünü yaşayan Azərbaycan gəncliyi Müzəffər Prezidentimizin ətrafında “Dəmir Yumruq” kimi birləşib. Ölkə başçısı cənab İlham Əliyev öz siyasətində gənclərə böyük önəm verir. Onların yüksək vəzifələrə təyin edilərək böyük etimad göstərilmələri həyata keçirilən siyasətin prioritetlərindəndir. Həyata keçirilən genişmiqyaslı gənclər siyasəti bu gün artıq öz müsbət nəticəsini verməkdədir. Dövlətin diqqət və qayğısını hiss edən gəncliyimiz sabaha böyük ümidlərlə baxır və bu inam doğma Azərbaycanımızın daha da çiçəklənməsi, dünya dövlətləri arasında öz layiqli yerini tutması, regionumuzun qüdrətli ölkələrindən birinə çevrilməsi üçün böyüməkdə olan nəsli yüksək zirvələr fəth etməyə ruhlandırır.

 

Kamal Kamalov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü

Bir cavab yazın