Loading

09 İyun 2022-ci il tarixdə Turantv.az saytında “Anar Kərimovun çətiri altında özbaşnalıq edən region müdiri kimdir?”-Fotolar sərlövhəli başlıqda Neftçala Tarix-Diyarşünaslıq muzeyi haqqında yazı dərc edilmişdir.
Belə ki,Turantv.az saytının redaksiyasına Neftçala rayonundan şikayət daxil olmuşdur.
Guya, Neftçala Tarix-Diyarşünaslıq muzeyində artıq 5 ildir ki, davam edən müdiriyyət özbaşnalığı, işçilər arasında narazılığa gətirib çıxarıb. İşçiləri təbəqələrə ayıran müdiriyyət qanunsuz olaraq “haq” alaraq çaxnaşma yaradır. İşçilər arasında münaqişə yaratmaqdan xüsusi zövq alan isə Muzeyin müdirəsi Gülmirə Səfərovadır. Xanım müdirənin idarətmədəki özəl “zakonları” var ki,adamı təəccübləndirir:- kimi həqiqətə uyğun olmayan yazı dərc edilmişdir.
Yuxarıda səsləndirilən iddialar TuranTv.Az saytı tərəfindən araşdırılaraq məlumatın həqiqətə uyğun olması bir daha öz təsdiqini tapmadı.
Məhz buna görə də “TuranTv.az” saytı dərc edilən materialı silmək qərarına gəlmişdir. Saytda istinadən eyni məzmunlu materialı digər saytlar da dərc etmişdir.Həmən məqalanənin digər saytların da silməsini xahiş edilmişdir.

Həmçinin adları keçən şəxs və şəxslərdən,xüsusən,Neftçala Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülmirə Səfərovadan və H.Əliyev Mərkəzinin direktoru Könül xanımdan üzr istənilmişdir.

Bir cavab yazın