Loading

Xalqımızın azadlığı uğrunda həlak olan 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini yad etmək üçün Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, RİH aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, din xadimləri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələrininin iştirakı ilə ilk öncə Neftçala şəhərinin mərkəzində yaradılan Şəhidlər Abidə Kompleksi ziyarət olunub və 20 Yanvar şəhidləri üçün ucaldılmış abidə ziyarət olunub, önünə tər qərənfil düzülüb və 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi, Yanvar hadisələri zaman şəhid olan hərbi qulluqçuların və mülki vətəndaşların məzarlarını ziyarət ediblər, gül dəstələri düzüblər və ruhlarına dualar oxunub.

Şəhid ailələri ilə görüşən RİH başçısı onların qayğıları, problemləri ilə maraqlanıb və müvafiq tapşırıqlar verilib. Şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edərək şəhid ailələri adından Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.

 

Bir cavab yazın