Loading

Neftçala Rayon İcra Hakimiyyətin başçısı Mirhəsən Seyidov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ilə görüşüb.

Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycanın Yaponiya ilə əlaqələrin inkişafına önəm verdiyini, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndiyini qeyd edib.

Azərbaycan-Yaponiya arasında əlaqələrin inkişafının əhəmiyyətini vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı ölkələrimiz arasında tərəfdaşlığın inkişaf perspektivlərini, Neftçala rayonun iqtisadi və sənaye cəhətdən perspektivli rayon olmasını Yaponiya səfirinin diqqətinə çatdırıb. Görüşün sonunda Yaponiyalı səfirə Neftçala rayonu adından xatirə hədiyyəsi təqdim olunub.

Neftçala rayonunda bir sıra sənaye obyektlərinə Xıllı Balıq MMC, Azerbaijan Fish Farma baş çəkən səfirə digər sahələrdə əməkdaşlığın vacibliyi vurğulanıb.

Yaponiyalı səfir Neftçala rayonuna səfərini başa çatdırıb.

Bir cavab yazın