Loading

Neftçala rayonunda bu ilin sentyabr ayından fəaliyyətə başlayan Uşaq Günərzi Qayğı Mərkəzinə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov baxış keçirib. Rayon İcra Hakimiyyətinin başçısı Uşaq Günərzi Qayğı Mərkəzində yaradılan şərait ilə tanış olub və Mərkəzdə keçirilən Yeni il şənliyinədə qatılıb.

Tədbir Uşaq Günərzi Qayğı Mərkəzindəki uşaqların hazırladıqları kompazisiyalar ilə davam edib və sonda uşaqlara Yeni il hədiyyələri verilib.

Məlumat üçün bildiririk ki, Uşaq Günərzi Qayğı Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi” üçün yaradılan sosial xidmətdir və Mərkəzdə 3-12 yaş arası çətin həyat şəraitində olan uşaqların sosial kimsəsizliyinin profilaktikası işləri aparılır.

Bir cavab yazın