Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin fəaliyyətə başlamasının 1 illiyi münasibətilə hesabat konfransı keçirilib.
Bizimneftcala.info xəbər verir ki, Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyev və müqəddəs şəhidlərimizin ruhlarının yad edilməsi ilə öz işinə başlayıb.
Daha sonra nümayəndəliyin direktoru Fərhad Baxışovun təqdimatında hesabat məruzəsi dinlənilib, hesabat dövrü ərzində icra olunan fəaliyyətlərin bir qismini özündə birləşdirən video rolik nümayiş etdirilib.
Konfrans hesabat məruzəsi ətrafında qonaqların çıxışları ilə davam edib. İlk öncə Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Rəvanə Həsənli və Neftçala Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Vasif Əliyev çıxış edərək görülən işləri yüksək qiymətləndirib, konfransın gedişinə uğurlar arzu ediblər.
Daha sonra rayonun digər idarə, müəssisə rəhbərləri – Gənclər və İdman İdarəsinin rəisi Yalçın Miriyev, Təhsil Şöbəsinin müdiri Vüqar Dadaşov, Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova çıxış ediblər. Konfransda eyni zamanda şəhid anası, digər övladı mərkəzin aktiv gənclərindən biri olan Arzu Əhmədova və aktiv gənc Mirislam Bağırov da öz fikirlərini söyləyiblər.
Hesabat konfransının gedişi musiqili kompozisiya və viktorina ilə yadda qalıb.