Loading

44 günlük Vətən Müharibəsindəki qələbəmizdə şanlı tarix yazan şəhidlərimizdən olan Əliyev Maarif Təbriz oğlunun və Xankişiyev Nicat Aşur oğlunun Neftçala rayonu Həsənəbad qəsəbəsində xatirə bulağının açılışı olub.

Bizimneftcala.info xəbər verir ki, açılışda Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanları, din xadimləri, şəhid ailələri, qazilər və digər məsul şəxslər iştirak edib.

Azərbaycan Respublikasının dövlət himni səslənib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə şəhid Maarif Əliyev və Nicat Xankişiyevin həyat yolundan, döyüş şücaətlərindən danışılıb.
Maarif Əliyev 09 sentyabr 1994-cü ildə Neftçala rayonu Həsənəbad qəsəbəsində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsinə iştirak edib, döyüşlərdə şücaət göstərib və Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabr ayının 25-də Neftçala şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə” medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalı, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” medalı və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə Maarif Əliyev ölümündən sonra təltif edilib.

Nicat Xankişiyev 27 yanvar 1999-cu ildə Neftçala rayonu Həsənəbad qəsəbəsində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsinə iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabr ayının 02-də Neftçala şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı, 18.12.2020-ci il tarixli Sərəncamına əsasən “İgidliyə görə” medalı, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə” medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalı, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” medalı ilə Nicat Xankişiyev ölümündən sonra təltif edilib.

Bir cavab yazın