Loading

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev bu gün səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib.
Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, R.Mirzəyev 2019-cu ildə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi təyin edilib. O, DİN Daxili Təhqiqatlar İdarəsinin sabiq rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.

Bir cavab yazın