Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Neftçala Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri İlqar Həsənov, Şəhid ailələri ,Müharibə iştirakçıları, Qaçaqkənd kənd ərazi partiya təşkilatının fəalları, din xadimləri Vətən müharibəsi şəhidi Əsgərov Fərid Ərəstun oğlunun doğum günü münasibətilə məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Bizimneftcala.info xəbər verir ki, daha sonra şəhidin doğulub boya-başa çatdığı, ailə üzvlərinin yaşadığı ünvan ziyarət olunub, onların qayğıları ilə maraqlanılıb, dərin hüzünlə başsağlığı verilib, şəhidin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib. Şəhidimizin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət etsin!