Loading

Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibəti ilə neftçalalıları təbrik edib.

Bizimneftcala.info xəbər verir ki, təbrikdə deyilir:

Əziz, dəyərli Neftçala sakinləri və rayonumuzun qonaqları!
Sizləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm. Hər bir Azərbaycan ailəsinə səadət, xoşbəxtlik, yeni uğurlar arzulayıram.

Azərbaycan Respublikasının möhtərəm Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi altında rəşadətli ordumuz müqəddəs Vətən torpaqlarını düşmən işğalından azad etdi, soydaşlarımızın otuz illik doğma yurd həsrətinə son qoydu. Arzularımız, xəyallarımız gerçəkləşdi. Dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin qanı yerdə qalmadı. Mənfur düşmən diz çökdürüldü. Ölkəmizin siyasi, iqtisadi və mədəni inkişaf yolunda bütün dünyada təqdir olunan, örnək göstərilən davamlı nailiyyətlərinin labüd nəticəsidir. Bu möhtəşəm Zəfər Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının öz Liderinə olan sonsuz inam və etimadının qələbəsidir, onun yenilməz qələbə bayrağı altında sarsılmaz milli birliyimizin, həmrəyliyimizin, dosta fəxarət verən, düşməni vahiməyə salan “Dəmir Yumruq”-un qələbəsidir. Azərbaycan xalqının şanlı qəhrəmanlıq salnaməsinə yazılan bu parlaq Qələbə dünya durduqca xatırlanacaq, əsrdən-əsrə, nəsildən-nəslə keçəcək, daim qürur və iftixar mənbəyimiz olacaqdır.
Bu gün xalqımız qarşıdan gələn 2022-ci ili və 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük qələbə sevinci ilə qarşılayır. Ulu öndər Heydər Əliyev tərəfindən təsis olunan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü azərbaycançılıq ideyasının rəmzi və təcəssümüdür. Bu gün biz bu əzəmətli ideyanın təntənəsini hamılıqla və əyani surətdə hiss edirik. Bu əlamətdar gündə dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız Ana Vətənə bağlılığın, milli birliyin, həmrəyliyin, qalibiyyət bayramının qürurunu yaşayırlar. Bu milli birlik və həmrəylik xalqımızın ən böyük mənəvi sərvətidir və möhtərəm Prezidentimizin uzaqgörən siyasi rəhbərliyi altında Azərbaycanı daha işıqlı sabahlara aparacaqdır.

Əziz neftçalalılar!
Bir daha sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn 2022-ci il münasibətilə səmimi qəlbdən təbrik edir, sizə möhkəm cansağlığı və müvəffəqiyyətlər arzulayıram. 2022-ci il sizə və ailələrinizə sevinc, xoşbəxtlik gətirsin, rayonumuz üçün xeyirli və uğurlu bir il olsun.

Bir cavab yazın