Loading

 BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalq nizamın inkişafına töhfə verir.

Prezident İlham Əliyevin cari ilin 24 oktyabr tarixində Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışı onun illərlə apardığı dövlət siyasətinin növbəti dəfə bəyanı kimi əlamətdar və dəyərlidir.

Oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclası keçirilib. Prezident İlham Əliyevin cari ilin 24 oktyabr tarixində Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışı onun illərlə apardığı dövlət siyasətinin növbəti dəfə bəyanı kimi əlamətdar və dəyərlidir.

Azərbaycan daima xarici siyasət kursundə əməkdaşlıq və sabit münasibətlərə üstünlük verib. Əslində beynəlxalq səviyyədə ölkəmizə olan etimad və tərəfdaşlıq rəğbəti məhz Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düzgün xarici siyasət kursunun məntiqi nəticəsidir. Bu mənada 24 oktyabr tarixində Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclası beynəlxalq əlaqələrin gücləndirilməsi və inkişaf etməkdə olan ölkələrin birgə strateji əməkdaşlığının genişlənməsi baxımından önəmli bir platforma oldu. Bu tədbirdə Prezident İlham Əliyev çıxış edərək dövlətimizin BRICS+ çərçivəsindəki perspektivlərini, regional və qlobal məsələlərə yanaşmalarını və əməkdaşlıq imkanlarını vurğulayıb.

Sammit zamanı Prezident İlham Əliyevin məhsuldar görüşləri də diqqət mərkəzində olub. Çox məhsuldar keçən səfər zamanı dövlətimizin başçısı Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Rusiya Federasiyasının “Sberbank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri German Qref, Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik, Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit, BRICS-ə üzv dövlətlər tərəfindən təsis olunmuş Yeni İnkişaf Bankının prezidenti Dilma Russeff ilə görüşləri olub. Oktyabrın 24-də Kazan şəhərində keçirilmiş XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarı olduğunu diqqətə çatdırıb.

BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalq nizamın inkişafına töhfə verir. BRICS yarandığı gündən beynəlxalq münasibətlər sisteminin demokratikləşməsinə xidmət edir. Bu ölkələr beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır. Ümumiyyətlə, BRICS+ formatı: siyasi dialoqu və beynəlxalq əməkdaşlığı gücləndirən platformadır. Onun perspektivləri iqtisadiyyat, səhiyyə, iqlim təhlükəsizliyi və digər məsələlərin həllində mühüm göstəricilər əldə etməyə imkan yarada bilər. Siyasi dialoqun gücləndirilməsi isə ölkələr arasında harmoniyanın stimullaşmasına və dünya miqyasında sülhün bərqərar olmasına mühüm dəstəkdir.

Aqşin Hüseynli,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın