Loading

Biz hər an yeni təxribata hazır olmalıyıq və hazırıq.

Bu gün dünyanın siyasi arenasında hökmüranlıq rolu ilə çıxış etməyə çalışan böyük güclər qlobal səviyyədə mübarizə aparırlar. Şərq-Qərb müstəvisində mübarizə formasına çevrilən bu qarşıdurmada əsas məqsəd regional qarşıdurmaları alovlandırmaq, sülhə əngəl olmaqdır. Adətən belə mübarizələrdə artıq sınaqdan keçirilmiş və tarix boyu Ermənistanın yerinə yetirdiyi siyasi metoddan geniş istifadə olunur. Bu siyasi metod, siyasi proses qlobal güclərin regionda sabitliyi pozmaq, öz məqsədlərinə çatmaq üçün siyasi iradə göstərə bilməyən region dövlətlərindən istifadə etməsini özündə ehtiva edir. Hər zaman böyük güclərin, ayrı-ayrı dövlətlərin əlaltısı, maşası olmuş Ermənistan bu gün də eyni siyasi ssenari sərgiləyir. Cənubi Qafqazda siyasi sabitliyi pozmaq üçün əşya kimi istifadə olunan Ermənistan xarici havadarlarının verdiyi silahları böyük həvəslə qəbul edir. Regional proseslər onu deməyə əsas verir ki, başqa qitələrdə yerləşən dövlətlərin vədinə aldanan Ermənistan hökuməti yeni təxribata əl atmağa hazırlaşır. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu barədə dəfələrlə Ermənistanı və dünyanı xəbərdar etmişdir. Ölkəmizin paytaxtı Bakı şəhərində Zəfər parkının açılışı zamanı yenidən bu mövzuya toxunan Cənab Prezident İlham Əliyev öz çıxışında xüsusi olaraq vurğuladı ki, Ermənistan və onun arxasında duran, Azərbaycana düşmən gözü ilə baxan, bizə soyuq müharibə elan edən qüvvələr Ermənistanı silahlandırır, Ermənistan silahlanır, biz adekvat addım atmağa məcburuq.

Qana susayan və silahlanan düşmənin nəzərə almadığı bir məqam var: Azərbaycan Silahlı Qüvvələri hər an təxribatı dəf etmək üçün hazır vəziyyətdədir. Vətən Müharibəsi və lokal xarakterli antiterror əməliyyatı zamanı düşmənə layiqli cavab verən, ona sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu yüksək döyüş ruhu ilə istənilən təxribatda düşməni darmadağın edəcək gücə malikdir. Əgər düşmən yenidən biabırçı şəkildə məlub olmaq istəmirsə Azərbaycan kimi siyasi qətiyyət, iradə göstərməli və başqa dövlətlərin göstərişlərini yerinə yetirməkdən imtina edərək regional sabitliyə, sülhə dəstək verməlidir.

 

Mehrac Gözəlov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

 

Bir cavab yazın