Loading

1990-cı ildən başlayaraq Sovet İmperiyasının ittifaq halında birləşdirdiyi müttəfiq dövlətlərdə siyasi nüfuzu və dayaq nöqtələri sarsılmağa, hətda demək olar ki, parçalanmağa başladı. Belə bir şəraitdə Azərbaycanda da milli-azadlıq hərəkatı geniş vüsət aldı. SSRİ imperiyasının paslanmış zəncirləri Azərbaycanda da qırılmağa başladı və xalq bu mübarizədən qalib çıxdı. O vaxtlar yaranmış siyasi boşluqdan istifadə edən AXC-Musavat cütlüyü antidemokratik yollarla, silah gücü ilə qeyri qanuni şəkildə hakimiyyəti ələ ala bildi. Elə bütün bu qeyd etdiklərimiz, üstəgəl siyasi dairlərin siyasi səriştəsizliyi və dövlətçilik təcrübəsinin olmaması gənc, müstəqil Azərbaycan dövlətinin suverenliyinin taleyini sual altına almış oldu. Azərbaycan adlı bir dövlət dünyanın siyasi xəritəsindən silinməklə üz-üzə qalmışdı. Belə olan halda xalq Ümummilli Lider Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev Azərbaycan xalqının haqlı tələbini və dövlətin düçar olduğu mövcud vəziyyəti dəyərləndirərək Bakıya qayıtdı və siyasi sahədə sabitliyin əldə olunması istiqamətində gərgin siyasi fəaliyyətə başladı. Ölkədə ilk növbədə ictimai-siyasi sabitlik təmin edilməli idi. Qanunsuz silahlı qruplaşmaların zərərsizləşdirilməsi və vahid ordu qruculuğunun formalaşdırılması vacib amillərdən idi. Müstəqilliyin əldə olunması nə qədər çətin olsada, onun qorunub saxlanılması bir o qədərdə çətin və məsuliyyətli bir vəzifə idi. Heydər Əliyev bütün bu məsuliyyətli və tale yüklü məsələlərin öhdəsindən məharətlə gəldi. Hər bir Azərbaycanlı çox gözəl başa düşür ki, dövlətçiliyimizin vəictimai-siyasi sabitliyin qorunub saxlanılması bir sıra çətin maneələr, yollar hesabına başa gəlib.Əldə etdiyimiz uğurlara istər xaricdə, istərsədə daxildə qısqanclıqla yanaşan qüvvələr var idi və bu gün də həmin qüvvələrin mövcudluğu şəqqi-şübhəsizdir.1995-ci ilin mart ayında müstəqilliyimizə qarşı açıq aşkar şəkildə edilən qəsd, elə həmin dairlərin Azərbaycan xalqına qarşı bilavasitə etdikləri xain, məkrli niyyətlərindən biri idi.Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın məhv olmuş iqtisadi nüfuzunun dirçəldilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq arenada müstəqilliyimizin tanıdılması istiqamətində dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları, işgüzar dairələri ilə rəsmi görüşlər keçirirdi. Bunun nəticəsi idi ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu getdikcə artmağa başlamışdı. Belə olan halda daxili nadürüstlər, ciddi nizam-intizama tabə olmaq istəməyən, mərkəzi hakimiyyətin tələblərini heçə sayan, əldə olunan sadaladığımız uğurlara qısqanclıqla yanaşan bir qrup qanunsuz silahlı birləşmələr xarici himayədarlarının təhriki ilə dövlət çevrilişinə cəhd etməyə çalışdılar.Dövlət çevrilişinə cəhd 1995-ci ilin mart ayının 12 -dən 13-nə keçən gecə paytaxt Bakı şəhərindən xeyli məsafədə aralıda yerləşən Qazax-Ağstafa rayonlarında başladı.Mərkəzi hakimiyyətə tabe olmayan “OMON”-un Qazax və Ağstafa rayonunda yerləşən bölmələri tərəfindən o zaman açıq-aşkar özbaşınalıq edilərək həmin rayonlarda fəaliyyət göstərən dövlət idarə və müəssisələrinə hücumlar təşkil edildi. Lakin mart ayının 15-də Azərbaycan ordusu tərəfindən orada olan qiyamçılar zərərsizləşdirildilər. Lakin Xüsusi Təyinatlı Polis Dəstəsinin Komandiri Rövşən Cavadov xarici havadarlarının təkidi ilə bu dəfə bir qədər də irəli gedərək paytaxt Bakı şəhərində dövlət çevrilişinə cəhd etdi. Bütün bu günlər çox ağrılı günlər kimi Azərbaycan xalqının yaddaşlarına həkk olunub. Daxili İşlər Nazirliyi tərəfindən o zaman, “OMON”-çuların bağışlanması və qiyamda iştirak edənlərin silahlarını yerə qoymaları üçün onlara 3 gün vaxt verilir. Lakin başda Rövşən və Mahir Cavadov qardaşları bu çağırışlara məhəl qoymayaraq Dövlət başçısı qarşısında müəyyən şərtlər qoyurdular.1995-ci il mart ayının 15-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev xalqa müraciət edərək Rövşən və Mahir Cavadov qardaşlarınının, o cümlədən onlarla həmrəy olan Sürət Hüseynov və digər radikal müxalifət nümayəndələrinin dövlət çevrilişi cəhdini pisləyərək, qeyri qanuni silahlı qruplaşmaları qanunsuz əməllərdən əl çəkməyə, silahı yerə qoymağı çağırdı və belə olacağı təqdirdə əfv olunacaqlarını qeyd etdi.Bütün çağırışlara məhəl qoymayan Rövşən Cavadov silahlı qarşıdurma yolunu seçdi və beləliklə 1995-ci ilin mart ayının 16-dan 17-nə keçən gecə paytaxtın 8-ci kilometr adlanan qəsəbəsindəki “OMON”-çuların qərərgahı yaxınlığında Azərbaycan Ordusunun silahlı birləşmələri tərəfindən qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi məqsədilə əməliyyat keçirildi.Cavadov qardaşlarının hakimiyyət hərisliyi nəticəsində qardaş qanı töküldü.Əməliyyat zamanı 22 hərbçi, 7 mülki şəxs, 1 polis və 8 Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşı həlak oldu.105 nəfər hadisə zamanı yaralandı.Rövşən Cavadov aldığı güllə yarasından DİN-in hospitalında vəfat etmişdi.Mərhum Heydər Əliyevin müdrüklüyü, siyasi səriştəsi və qətiyyəti sayəsində vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısı alındı və ölkədə davam edən anarxiya və özbaşnalığa son qoyuldu. Həmin hadislər bir daha sübut elədiki xalq inkişafın, ədalətin, iqtisadi uğurun, ictimai-siyasi sabitliyin yanındadır. Azərbaycan xalqı ölkə daxilində qarşıdurma yaratmaq istəyən qüvvələri dəstəkləmir və onları müdafiə etmir.

Taryel Əhmədov
Neftçala rayon sakini, rəssam

Bir cavab yazın