Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və digər məsul şəxslər ilə birlikdə əkin sahələrinə baş çəkib, pambıqçı fermerlərlə görüşüb və onları narahat edən məsələləri aidiyyəti qurumların əməkdaşları ilə birlikdə müzakirə edib. Neftçala rayonunda suvarılması Kür çayından qidalanan əkin sahələrində son aylarda baş verən çətinlikləri nəzərə alaraq yerlərdə suvarma sistemləri idarəsinin çətinlikləri daha ciddi nəzarətə götürülməsi müzakirə olunub. Məlumat verilib ki, pambıq əkilmiş sahələrin arat suyu ilə bağlı fermerlərin 89%-dən çox hissəsi arat suyunda şirin su ilə təmin olunub. Xəzər dənizinin şor suyunun Kür çayına daxil olması ilə bağlı xüsusi hazırlanmış qrafiklər üzrə suvarma suyu ilə təmin olunurlar. Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin məlumatına əsasən rayon ərazisində 6780ha yaxın ərazidə pambıq əkini nəzərdə tutulub, onlardan 2390ha yaxın sahədə əkin işləri aparılıb və davam etdirilir. Keçirilən görüşdə arpa və buğdanın zamanında biçilməsi ilə bağlı rayon ərazisində fəaliyyət göstərən texnikalar ilə bağlı müəyyən təkliflər səsləndirilib və çatışmamazlıqlar RİH Başçısı tərəfindən nəzarətə götürülüb. Yaxın zamanda biçini həyata keçiriləcək yerlərdə yanğından mühafizə tədbirlərinin gücləndirilməsi ilə bağlı qərar qəbul olunub. 40450 ha artıq ərazidə isə arpa və buğda əkini aparılıb. Rayon İcra Hakimiyyətinin başçısı görülən işlərlə tanış olub, çiyid səpini və əkin işlərinin sürətlə davam etməsi, suvarma suyunun zamanında təmin olunması, fermerlərin xüsusi texniki vasitələr ilə təmin olunması ilə məqsədilə öz tapşırıqlarını verib. Fermerlər və görüşdə iştirak edən vətəndaşlar dövlət tərəfindən bütün fermerlərə göstərilən diqqət və qayğı üçün ölkə başçısı Prezident İlham Əliyevə təşəkkür ediblər. 2020-ci ildə Neftçala rayonunun pambıq göstəricilərinin respublikada ön sıralarda yer almasına görə əziyyəti keçən şəxsləri təbrik ediblər. Görüşün sonunda səpin işləri başlanılıb.