Loading

Neftçala rayonunda 31 Mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar olaraq koronavirus (COVİD-19) pandemiyasını nəzərə almaqla məhdud sayda şəxslərin iştirakı ilə Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri ilə birlikdə Soyqırım abidəsini, 1918-ci ildə şəhid olan türk əsgərlərinin şərəfinə ucaldılan abidə kompleksini və bu gün doğum günü olan şəhid İbrahim Mənəfovun məzarını ziyarət edib, çiçəklər düzüb və ruhlarına dualar oxuyublar.

Bir cavab yazın