Azərbaycanın müstəqilliyinin ilk illərindən hakimiyyətin yarıtmaz idarəçiliyi ölkəni məhvə doğru aparırdı. Hakimiyyət uğrunda gedən mübarizə ölkəni çətin vəziyyətə salmışdı. AXC-Müsavat hakimiyyəti dövründə idarəçilikdə olanların yalnız özlərini fikirləşmələri xalqı çətin durumda qoyur və əhali arasında narazılıq yaradırdı. Səriştəsiz idarəçilik Ölkəni beynəlxalq aləmdən təcrid vəziyyətinə gətirib çıxartmışdı. Ermənistanın hərbi təcavüzü, torpaqlarımızın işğal altına düşməsi dövlətçiliyimizi təhlükə altında qoymuşdu. Bununla bərabər işğal olunan torpaqların geri qaytarılmasını, xalqın vəziyyətini düşünməyən AXC-Müsavat hakimiyyətinin bu xəyanət mövqeyi onların sonunu yaxınlaşdırırdı. Hakimiyyətdə olan siyasi dairələr arasındakı çəkişmələr ölkəmizin yaşamasını belə sual altında qoyurdu. Xalq vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə idi. Belə bir zamanda Respublikanı çətin vəziyyətdən çıxarmaq üçün Ölkəni, xalqını düşünən, onu sevən bir rəhbərə ehtiyac yaranmışdı. Bu şəxs isə heç şübhəsiz Heydər Əliyev idi. Belə olduqda Xalq üzünü əsl vətənpərvər insan olan Heydər Əliyevə tutdu və ölkəni böhrandan çıxarmaq üçün Ulu Öndərə müraciət etdi. Ölkənin xilasını Ulu Öndərdə görən Xalq Heydər Əliyevin ətrafında sıx birləşməyə başladı. Xalqı qarşılaşdığı çətinliklərdən, böhrandan, təcriddən, müharibə vəziyyətindən çıxartmaq üçün Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətə çevilirdi. Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının yaranması ölkəmiz üçün çox uğurlu bir addım olmuşdur. Xalqın Heydər Əliyevin ardınca getdiyini görən hakimiyyət hər cəhdlə buna mane olmağa çalışırdı. Bakıda Yeni Azərbaycan Partiyasının təsis qurultayının keçirilməsinə icazə verilməməsi, hakimiyyətin Heydər Əliyev fenomeninə olan qorxusundan irəli gəlirdi. AXC-Müsavat hakimiyyəti bilirdi ki, qurultay Bakıda keçirilsə hakimiyyətlərinin sonu gələcəkdir. Çünki xalq artıq AXC-Müsavat hakimiyyətinə etibar etmirdi. 1992-ci ilin noyabrında Naxçıvan şəhərində keçirilən YAP-ın təsis qurultayı gənc Respublikamız üçün yeni bir mərhələnin başlanğıcı oldu. Milli Liderin 15 iyun 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə Bakıya gələrək birbaşa siyasi proseslərə qoşulması isə xalqda böyük ümüd və inam yaratmışdı. Qısa zamanda yarıtmaz hakimiyyət idarəçiliyin, yanaşmanın siyasi savadın nə olduğunu gördü. Artıq xalq öz xilaskarını qorumaq və onun ətrafında sıx birləşmək qərarı vermişdi. Bunun nəticəsi idi ki, 1993-cü ilin oktyabr ayında keçirilən Prezident seçkilərində Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyini qazanıb, Prezident vəzifəsinə seçildi. Azərbaycanın böhrandan çıxma prosesi Ulu Öndərin rəhbərliyi ilə başladı. Bu gün həmin mürəkkəb dövrün tarixinin əbədi yaşaması üçün bütün dərsliklərdə o dövrün tarixi anları işıqlandırılır və hadisə şahidləri öz xatirələrini bölüşürlər. Azərbaycanın müstəqil dövlət kimi yaşaması Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın inkişafının memarı Ulu Öndər Heydər Əliyevdir. Çünki Heydər Əliyevə qədər sözdə müstəqillik olsa da, müstəqilliyimiz faktiki olaraq yox idi. 1993-2003-cü illərdə Ulu Öndərin rəhbərliyi altında Azərbaycan tarixində böyük uğurlara imza atıldı. Azərbaycanın müstəqilliyi möhkəmləndirilmiş, təhlükəsizliyi sahəsində isə önəmli addımlar atılmışdır. 20 Yanvar, Xocalı faciələrinə, azərbaycanlılara qarşı törədilmiş soyqırımlara Ulu Öndər tərəfindən siyasi qiymət verilmiş və Azərbaycanın haqq səsi bütün dünyaya çatdırılmışdır. Nizami ordusu olmayan Azərbaycanda Heydər Əliyevin rəhbərliyi altında ordu quruculuğuna start verilmiş və bu iş layiqincə yerinə yetirilmişdir. 1995-ci ildə müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edilmiş, 1998-ci ildə Ölkədə senzura ləğv edilmişdir. İqtisadi sahədə böyük işlər görülmüş, xarici şirkətlər ölkəyə dəvət olunmuşdur. Ölkəmizə gələn investorlar bura investisiya yatırmaqdan çəkinməmiş və bu işdə aktiv fəaliyyət göstərmişdirlər. Ulu Öndərin rəhbərliyi altında ölkəmizdə aparılan islahatlar nəticəsində Respublikamız inkişaf etmiş və dünyada mövqeyini möhkəmləndirmişdir. Bu gün isə əminliklə deyirik ki, vahid amal, məqsəd naminə ətrafında böyük ordu toplamış Yeni Azərbaycan Partiyası əsası Ulu Öndər tərəfindən qoyulmuş ən ali məqsədlərə, Ölkə Prezidenti, doğma Partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacaqdır.
Vüsal Manaflı
Neftçala rayon gənci