Hər bir dövlətin atributları onun qürür mənbəyidir, varlığının daşıyıcısıdır. Nə qədər əzizdir üc rəngli, ay-ulduzlu bayrağımız, nə qədər doğmadır hər qarışı torpağımızın. Vətənimizin xəritəsinə nəzər saldıqda tarixin ayrı-ayrı mərhələlərində nə qədər dəyişikliyə məruz qaldığını ürək ağrısı ilə izləyirik. Bu ağrıların ən yaxını isə Qarabağın işğalı, Qarabağa yaxın ətraf ərazilərin mənfur düşmən tapdağında olması idi. Nə qədər sülh niyyətli, humanizm prinsipli olsa da, Azərbaycan xalqının haqq səsinə səs verən yox idi. Bu illərdə ATƏT, BMT, Avropa Şurası kimi nüfuzlu təşkilatlar nə qədər qətnamə, qərarlar qəbul etmələrinə baxmayaraq, heç bir qərar icra səviyyəsinə çatmamışdır. Bu ağrılı vəziyyət, sərhədlərimizdə dayanmadan hər gün, anbaan atəşkəs rejiminin pozulması artıq dözülməz vəziyyət yaratmışdır. Belə vəziyyətdə Ölkə başcısı cənab Ali Baş Komandan İlham Əliyev heç kəsin gözləmədiyi bir halda qəti qərar verdi. Biz öz torpaqlarımıza qayıtmalıyıq. Bu bizim xalqımızın beynəlxalq hüquqla təsdiqlənmiş haqq işidir. Cənab Prezident dəfələrlə öz çıxışlarında bəyan etmişdir ki, biz sülh tərəfdarıyıq. Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun torpağımızdan. Lakin göründü ki, bu illərdə düşmənin Azərbaycan dövləti haqqında olan səhih düşüncələri onları sadəcə məhv etdi. Düşmənin bu illərdə hətda işğal etdikləri ərazilərimizdən başqa digər torpaqlarımıza idda etmələri dözülməz, qəbul edilməz idi. Deyərdim ki, biz Azərbaycan vətəndaşı olaraq tariximizin ən qürurlu bir dövrünü yaşadıq. Hər an həyəcanla cəbhədən gələn xəbərləri izləmək, bəlkə də, hər bir soydaşımızın yaşadığı ən yüksək milli ruhun oyanış anı, tarixi mübarizəmizin “Dəmir Yumruq” cavabı idi. Məhz bu günlər Azərbaycanda Vətən ruhlu bütün siyasi partiyalar öz amallarını, məqsədlərini bir istiqamətə yönləndirdilər. Çünki, bu anamız Azərbaycan uğrunda savaş idi. Bu hər bir Azərbaycan övladının Vətən deyərək irəli atılan Şəhidliyi idi. Bu böyük həmrəylik artıq dövlətçilik tariximizin yeni başlanğıcını, yeni tarixi mərhələsini gündəmə gətirdi. Yeni Azərbaycan Partiyası Lider partiya olaraq üzərinə aldığı missiyanı fəxrlə, qürurla, layiqincə yerinə yetirdi. Xalqın ona olan etimadını doğrultdu. 2020- ci ilin 27 sentyabrından başlayan və 44 gün davam edən Vətən Müharibəsi parlaq zəfər sorağı ilə nəticələndi, qızıl xəttlə yazdı haqq işimizi dünya xalqlarının düşüncəsinə. Bu günə qədər ardıcıl dövlətçilik ənənələrini şərəflə yerinə yetirən doğma Partiyamız sıralarında daha çox milli düşüncə, milli amal birliyi topladı. Elə bu günlərdə də bir necə siyasi partiyanın bu istiqamətdə Yeni Azərbaycan partiyası ilə birləşmək barədə qərarı sadaladığımız keyfiyyətlərin bariz nümunəsidir. Bu bizə qürur verir. Dövlətimizin gələcəkdə də möhkəm əsaslarla fəaliyyətinə inam yaradır.
Gülxanım Abdulhüseynova
Neftçala rayon sakini, ziyalı