BizimNeftcala.info xəbər verir ki, Neftçala Rayon İcra Hakimiyyətində yeni təyinat olub.
“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanına etdiyi dəyişiklikdən sonra Yerli icra hakimiyyətlərində 07 yanvar tarixində yaradılan Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə yeni təyinatlar olub.
Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə Həsənov İlqar Mikayıl oğlu şöbə müdiri , İsmayılov Şəkəralı Füzuli oğlu isə həmin şöbəyə böyük məsləhətçi təyin olunub.