BizimNeftcala.info xəbər verir ki, 25 yanvar 1990-cı ildə Rus-sovet hərbi birləşmələri tərəfindən Neftçalada törədilən qanlı cinayətlər zamanı ağır güllə yarası almış l qrup 20 yanvar əlili Dadaşov Novruz Allahverdi oğlu vəfat edib.
O , 1959-cu ildə Neftçala rayonu Qoltuq kəndində anadan olmuşdur.
3 iyun 1993-cü ildə Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəyin 625 №-li fərmanı ilə “Azadlıq uğrunda mübariz” fəxri adına layiq görülmüşdür.
2000-ci ildə qanlı “20 yanvar” hadisələrinin on illiyi ilə əlaqədər Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən prezident təqaüdünə layiq görülmüşdür.
2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən prezident təqaüdünə layiq görülmüşdür.