Bu gün səhər saatlarında Neftçala-Salyan avtomobil yolunun Salyan rayununun Kürqaraqaşlı kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
BizimNeftchala.info “MAYAKİNFO”ya istinadən xəbər verir ki, Neftçala şəhər sakini , 1984-cü ildə anadan olmuş Tağızadə Nicat Heydər oğlunun idarə etdiyi 99-FL-233 markalı “Mercedes E-240” markalı minik maşını ilə , Salyan rayonunun Kürqaraqaşlı kənd sakini , 1952-ci ildə anadan olmuş Sərdar Nadir oğlu Zeynalovun idarə etdiyi 52-BK-273 dövlət nömrə nişanlı VAZ-2106 markalı avtomaşın toqquşub və “Mercedes” markalı avtomobil yolun kənarındakı su kanlına düşüb. Hadisə VAZ-2106 markalı avtomaşının sürücüsü Sərdar Zeynalov aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır