Loading

Prezident İlham Əliyevin işğaldan azad edilmiş bölgələrə etdiyi hər bir səfər tarixi hadisədir. 

Rəşadətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı və 44 gün davam edən əks-hücum əməliyyatlarının 29-cu günü, oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib. Azərbaycan xalqı 25 oktyabr tarixində Qubadlı rayonunun işğaldan azad edilməsinin dördüncü ildönümünü qeyd edəcək. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman əsgərlərimizin şücaəti və xalqımızın birmənalı dəstəyi sayəsində xalqımız Qubadlının işğal tarixini deyil, artıq onun işğaldan azad edilməsi tarixini qeyd edir. Buna görə də şəhidlərimiz, yaralılarımız və qazilərimizə, ümumiyyətlə Qələbəmizdə əməyi keçən hər kəsə dərindən minnətdarıq. Prezident İlham Əliyevin sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş, 4-ü general-mayor, 39-u polkovnik, 1 nəfəri isə 1-ci dərəcəli kapitan olmaqla 5867 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Baş plan ən müasir normalara uyğun hazırlanıb və Qubadlının təbiəti, tarixi keçmişi də memarlıqda nəzərə alınıb. Ali Baş Komandan Qubadlıda rayon ictimaiyyəti ilə keçirdiyi görüşdə məhz hər bir yaşayış məntəqəsinin işğaldan azad edilməsinin tarixi hadisə olduğunu bildirdi. Şəhidlərimizi hörmətlə yad etdi. Azad edilmiş bütün şəhər və kəndlərimizdə bərpa işləri başa çatandan sonra onların adlarının məktəblərə və küçələrə veriləcəyini də nəzərə çatdırdı.

Ali Baş Komandan, Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayon və bölgələrə etdiyi hər bir səfəri bir tarixi hadisədir və bu səfərlər zamanı həmin bölgələrin inkişafının, tərəqqisinin təməli qoyulur. Prezident İlham Əliyevin işğaldan azad edilmiş digər ərazilərə olduğu kimi, Qubadlıya səfərləri də bir çox önəmli təməlqoyma və açılış tədbirləri ilə əlamətdar olması bir daha həmin rayon və bölgələrdə bərpa və yenidənqurma işlərinin böyük vüsətlə həyata keçirildiyindən xəbər verir. Bu gün işğaldan azad edilmiş ərazilərdə görülən bütün işlər yalnız bir məqsəd naminə – keçmiş köçkünlərin tezliklə öz doğma torpaqlarına, dədə-baba yurdlarına qayıda bilmələri üçün həyata keçirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya mütəmadi səfərləri bu rayonun ölkə başçısının diqqətində olmasının təzahürüdür. Gələcəkdə iqtisadi inkişafa nail olunması və düzgün planlaşdırma aparılması Möhtərəm Prezidentimizin xüsusi diqqətindədir.

 

Mehrac Gözəlov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın