Zəngilan erməni vandalizminin izlərindən təmizlənir.
1988-ci ildə erməni millətçi və separatçıları əvvəlcə Ermənistanda yaşayan azərbaycanlıları Ermənistandan çıxardılar,sonra isə əsrlərlə azərbaycanlıların doğma torpaqları olmuş Qarabağda işğalçı müharibə apararaq torpaqlarımızı işğal edib burda yaşayan soydaşlarımızı doğma yurd-yuvalarından qovdular. Qarabağda ermənilərin apardığı müharibə işğalçı müharibə olsa da soyqırım xarakteri daşıyırdı,erməni faşistləri qocaları,qadınları,körpələri vəhşicəsinə,kütləvi şəkildə öldürür,əsir edərək Ermənistana aparırdılar.Bu cür soyqırıma məruz qalmış bölgələrimizdən biri də Zəngilan rayonu olmuşdur. İşğala qədər bu rayonda 1 şəhər,5 qəsəbə və 83 kənd var idi.
Erməni vandalizmi nəticəsində Zəngilanda tarixi mədəni abidələrimizə də böyük ziyan dəymişdir. Rayonda beş məscid,bir alban kilsəsi dağıdılmış,iyirmidən artıq pir və ziyarətgahlar yerlə yeksan edilmişdir. Bundan əlavə otuza yaxın memarlıq abidəsi də dağıdılmışdır.Bu ermənilər tərəfindən Zəngilan ərazisində azərbaycan mədəniyyətinin məhv edilməsi, Zəngilanın guya azərbaycanlıların tarixi məskəni olması faktını aradan qaldırmaq idi. Zəngilanlılar işğaldan sonra müxtəlif rayonlarda məskunlaşsalar da, daim vətən həsrəti ilə yaşamış, ata ocağının bir gün azad ediləcəyinə, yenidən doğma yurda qayıdacaqlarına inanmışlar.
2020-ci il sentyabrın 27-də başlamış II Qarabağ müharibəsi onların ümidini daha da artırdı,yüzlərlə zəngilanlı gənc doğma torpaqlarımızı azad etmək üçün könüllü olaraq orduya yazılıb əldə silah qəhrəmanlıqla döyüşdülər. Cəbrayılın azad edilməsindən sonra Zəngilana gedən qələbə yolu açıldı və qoşunlarımız bu torpaqları da düşmən tapdağından azad etmək üçün əməliyyatlara başladı. Zəngilan dağlıq ərazi olduğu üçün burda aparılan döyüşlər ağır idi, düşmən mövqelərini,yüksəklikləri ələ keçirmək xüsusi bacarıq və dözüm tələb edirdi. Bir neçə gün davam edən döyüşlər nəticəsində bu rayonun bütün kəndləri və Zəngilan şəhəri düşmən tapdağından azad edildi. Burda gedən döyüşlərdə də əsgər və zabitlərimiz qəhrəmanlıq nümunəsi oldular və hərb tarixinə adlarını yazdırdılar.
Noyabrın 26-da Prezidentin fərmanı ilə “Zəngilanın azad edilməsinə görə” medalı təsis edilmiş, Zəngilan uğrunda adöyüşlərdə iştirak etmiş 6974 əsgər və zabit bu medalla təltif edilmişdir. Dekabrın 23-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva azad edilmiş Zəngilanda olmuş, bütün dünyaya bəyan etmişlər ki, Zəngilan əzəli Azərbaycan torpağıdır və burada çox tezlikləikinci həyat başlayacaq, böyük işlər görüləcək və zəngilanlılar tezliklə evlərinə dönəcəklər.
Zəngilanın azad edilməsinin çox böyük strateji əhəmiyyəti var. Birinci növbədə bu rayonun azad edilməsi ilə İranla olan bütün sərhəd xətti Azərbaycanın nəzarətinə keçir,ermənilər tərəfindən illərlə həyata keçirilən qaçaqmalçılığa və müxtəlif qanunsuz hərəkətlərə son qoyulur. Rayonda yerləşən bütün faydalı qazıntıların düşmən tərəfindən istismarı dayandırılır, bu faydalı qazıntılar Azərbaycana qaytarılır. Müxtəlif xarici şirkətlərin burda apardığı qanunsuz işlərə son qoyulur. Zəngilan yenidən Azərbaycanın dilbər guşələrindən birinə çevrilir, ekoloji cinayətlərin qarşısı alınır. Bütün bunların dövlətimiz üçün çox böyük siyasi iqtisadi əhəmiyyəti var.
Zəngilan azad edildikdən sonra beynəlxalq ictimaiyyət burada törədilmiş ekoloji cinayətlərlə, şəhər və kəndlərimizin yer üzündən silinib xarabalığa çevrilməsi ilə, tarixi abidələrimizin planlı şəkildə məhv edilməsi ilə əyani şəkildə tanış olmuşlar. Bütün beynəlxalq ictimaiyyət bir daha əmin olmuşdur ki, Ermənistan təcavüzkar dövlətdir və Azərbaycanın apardığı müharibə azadlıq müharibəsidir.
Zəngilana “Böyük Qayıdış” proqramı Zəngilan azad edildikdən az sonra həyata keçirilməyə başlandı. Bu proqrama ilk öncə Ağalı kəndində 200 evin tikilməsi və bu evlərə zəngilanlıların köçürülməsi,rayonda yeni infrastuktur layihələrinin həyata keçirilməsi, ”Asan”və “Dost” xidmətinin həyata keçirilməsi üçün tədbirlər görülməsi, kiçik və orta biznesin inkişafı üçün şərait yaradılması daxildir.
Zəngilanın bərpası, böyük Qayıdışın burda da həyata keçirilməsi Azərbaycan iqtisadiyyatı və kənd təsərrüfatına böyük təsir göstərəcək amillərdən biridir. Hamı inanır ki, möhtərəm Prezident İlham Əliyevin Zəngilanın yenidən qurulması barədə dediyi sözlər, irəli sürdüyü fikirlər tezliklə tarixi həqiqətə çevriləcəkdir. Zəngilanın geri alınmasında iştirak etmiş zabit və əsgərlərimizin fədakarlığı unudulmayacaq, bu torpaq uğrunda şəhid olmuş oğulların xatirəsi əbədi yaşayacaqdır. Qoy bütün dünya bilsin ki, Zəngilan Qarabağın, Qarabağ da Azərbaycanın ayrılmaz hissəsidir, düşmən ayağı bu torpaqlara bir daha dəyməyəcək.
Nigar İbrahimova,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri