Qarabağ Bəyannaməsi
Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü “Qarabağ Bəyannaməsi”nin imzalanması ilə başa çatıb.
“Qarabağ Bəyannaməsi” həm tarixi, həm də geosiyasi baxımından əhəmiyyətli bir sənəddir. Bəyanamə, müdafiə sənayesi əməkdaşlığının əhəmiyyətini vurğulayır, regionda geostrateji məsələləri əhatə edən təhlükəsizlik və sabitliyin gücləndirməsinə nail olmağa imkan verən bir sənəddir.
Sənədin imzalanması üçün Azərbaycanın Qarabağ bölgəsində dərin mədəni və tarixi əhəmiyyəti olan Şuşa şəhərinin seçilməsi, Azərbaycan üçün ərazi bütövlüyünün və milli suverenliyinin əhəmiyyətini bir daha təsdiq edir.
Şuşanın işğaldan azad olunması və bərpa olunması Azərbaycan və onun müttəfiqləri üçün tarixi dəyər daşıyır. Bu bəyannamə, Türk dövlətləri arasında uzunmüddətli mədəni, tarixi və etnik əlaqələri vurğulayır, birlik və əməkdaşlıq hissini gücləndirir. Bu davamlılıq, millətlər arasında birlik və əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır.
Qarabağ Bəyannaməsi siyasi, iqtisadi, nəqliyyat, müdafiə, humanitar, təhsil və mədəni sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayır. Bu, Türk dövlətləri arasında birgə inkişaf və strateji tərəfdaşlıq üçün əhəmiyyətlidir. Nəqliyyat infrastrukturuna xüsusi önəm verən bu sənəd, Baku-Tbilisi-Qars dəmir yolu xətti və Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi kimi layihələr, möhkəm transregion koridorlar yaratmağın strateji əhəmiyyətini əks etdirir. Bu layihələr ticarəti, iqtisadi inkişafı və regional inteqrasiyanı artırmağa dəlalət edəcək.
Bəyannamənin həmçinin iqlim dəyişmələri ilə bağlı tədbirləri, davamlı İnkişaf, rəqəmsal texnologiya sahəsində əməkdaşlığı, “Rəqəmsal İpək Yolu” layihəsi kimi təşəbbüsü və rəqəmsal hökumət infrastrukturunun inkişafını, rəqəmsal təhlükəsizlik tədbirlərinin gücləndirilməsini əhatə etməsi sübut edir ki, bu sənəd heç də ümumi və deklarativ xarakterli yox, konkret nəticələrə əsaslanmış, praktiki əhəmiyyət daşıyan bir sənəddir.
Ümumilikdə, Qarabağ Bəyannaməsini Türk dövlətləri arasında əməkdaşlığı gücləndirməyə müsbət və çox tərəfli bir yanaşma təqdim edən bir sənəd kimi səciyyələnir. Bu, iqtisadi inkişaf, regional əlaqələr, iqlim tədbirləri, texnologiyalar və müdafiə sahəsində əməkdaşlıq kimi əsas sahələri əhatə edir və eyni zamanda üzv ölkələr arasında olan mədəni və tarixi bağları bir daha təsdiq edir.
Tükəzban Mehtiyeva,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini