Orden və medallar.
30 illik işğala, erməni təcavüzünə son qoyan Vətən müharibəsi Azərbaycan xalqının tarixində mühüm yer tutur. Bu mənada 44 günlük Vətən müharibəsindəki möhtəşəm Zəfərdən sonra qalib Azərbaycan Ordusunun paradının keçirilməsi qürurverici hadisə idi. 2020-ci il 10 dekabr tarixində Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə Bakının Azadlıq Meydanında Zəfər paradının keçirilməsi tariximizin ən parlaq səhifəsinin tərənnümü kimi yaddaşlara həkk olundu.
Azərbaycan xalqı uzun on illiklər məhz Zəfər paradını, Ordumuzun Qələbə yürüşünü, torpaqlarımızı azad etmiş şanlı ordunun keçidini gözləyib: “Bu baxımdan da Zəfər paradı xalqımızın qələbə əzminin ifadəsi oldu. 30 illik Ermənistanın işğal siyasətinin başa çatdığını, düşmənin döyüş meydanında məğlub olaraq kapitulyasiya aktına imza atdığını təsdiqləyən növbəti amil məhz Zəfər paradı oldu. Ona görə də, Zəfər Paradı xalqımızın yaddaşında ən mühüm hadisə kimi qalacaq. Hər zaman olduğu kimi Vətən Müharibəsinin ilk saatlarından Azərbaycanın yanında olduğunu bəyan edən qardaş Türkiyə Prezidentinin Zəfər Paradını Müzəffər Ali Baş Komandanımızla birlikdə qəbul etməsi dünyaya verilən birlik mesajı idi. Bu mənada Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Paradını qəbul etməsi, verilən mesajlar olduqca böyük tarixi əhəmiyyətə malikdir”.
Vətən müharibəsi Zəfərlə sona çatdıqdan sonra əldə olunmuş qələbədə payı olan hər bir hərbçi və mülki vətəndaş dövlət tərəfindən mükafatlandırıldı. Bu məqsədlə Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olundu – “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”. Həmin orden və medalların təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürüdür.
İgidlərimizin misilsiz qəhrəmanlığı və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb: “Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı də məhz cənab Prezident, Müzəffər Ali Baş Komandan oldu. Sözsüz ki. bütün bunlar əldə edilən tarixi Zəfərin tərənnümü kimi qiymətləndirilir”.
Mirülvi Ağalarov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini