Loading

Fədakarlıq.

Dahi şəxsiyyət, Ulu Öndər, böyük rəhbər, Ümummilli lider, müasir müstəqil Azərbaycanın qurucusu, xalqın sevimli, unudulmaz övladı. Bu ifadələrin hamısı Heydər Əliyevə aiddir, yalnız onun ünvanınadır. Çünki o, Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi qalıb. Məhz o, Azərbaycanı dünyaya, dünyanı Azərbaycana tanıtdı. Heydər Əliyevin parlaq dühası onu Azərbaycan xalqının ümummilli lideri zirvəsinə yüksəltdi, dünya siyasətinin nəhənglərindən birinə çevirdi. Ulu Öndər istər sovet dönəmində, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdriklik və uzaqgörənliyi ilə Azərbaycanı dünya dövlətləri sırasında layiqli yerə çıxardı. Bu gün bizim ölkədə milliyyətindən, dini və siyasi baxışlarından asılı olmayaraq bütün vətəndaşlar Heydər Əliyevin formalaşdırdığı, siyasəti də, iqtisadiyyatı da müstəqil və müasir Azərbaycan Respublikasının əldə etdiyi demokratiyadan və uğurlardan kifayət qədər normal səviyyədə faydalana bilirlər.

Heydər Əliyev xalqını sonsuz məhəbbətlə sevmiş, xalq da onun sevgisini daim uca tutmuşdur. Xalqına qarşı olan bu dərin məhəbbət hissi dünya şöhrətli siyasi xadimi yenidən öz ana vətəni Azərbaycana ikinci dəfə ölkə rəhbərliyinə qaytarmışdır. 1993-cü ilin keşməkəşli iyun günlərində xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qayıdan böyük və bənzərsiz şəxsiyyət Heydər Əliyev xalqın başının üstünü almış bütün bəlalardan millətini hifz edib qorudu, respublikada ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasını aradan qaldırdı, ölkəni parçalanmaq təhlükəsindən xilas etməklə, milli qurtuluşu təmin etdi. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı.

Ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısında ən böyük və tarixi xidmətlərindən biri də ondan ibarətdir ki, o, sürətli inkişaf yoluna qədəm qoymuş Azərbaycanı cəsarətlə idarə etməyə qadir olan layiqli davamçı hazırlamışdır. Yüksək təfəkkür, zəngin dövlətçilik və idarəçilik təcrübəsi qazanmış, müasir düşüncəli lider İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inamla irəliləyir. Zəngin dövlətçilik məktəbindən dərs alan, təcrübəli diplomat, Azərbaycan Prezidenti cənab İlham Əliyev dünyada öz sözünü deyən güclü dövlət başçılarından biri kimi qəbul edilir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfər Azərbaycan dövlətinin gücünü və xalqının birliyini dünyaya nümayiş etdirdi.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dövlət, xalq, vətən naminə yorulmadan əzm və fədakarlıq göstəribdir. Xalqımız ölməz dahi rəhbərini bütün xeyirxah əməlləri ilə daim yad edir, sevgi ilə anır.

 

Yalçın Abıyev,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın