Loading

Cari ilin 8 iyun tarixində imzalanmış Azərbaycan- Misir sənədləri iki ölkə arasında tərəfdaşlığın möhkəmlənməsinə xidmət edəcək.

İyunun 8-də Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin Misirə rəsmi səfəri başlayıb. Ölkə  başçısı ikitərəfli münasibətlərin gələcək inkişafı və qarşılıqlı maraq doğuran sahələrdə birgə səylərin möhkəmləndirilməsi məqsədilə Misir Ərəb Respublikasının Prezidenti Ədülfəttah əs-Sisi ilə görüşüb.

Səfər hər iki ölkənin tərəfdaşlığın möhkəmləndirilməsinə, sıx əməkdaşlıq vasitəsilə inkişaf sahələrində səylərin dəstəklənməsinə dəyişməz sadiqliyinin sübutudur. Müzakirələr əməkdaşlığın səviyyəsinin və dərinliyinin artırılmasına, siyasi dialoqun inkişafına, iqtisadi, ticarət və mədəni əlaqələrin inkişafına yönəldiləcək.

İyunun 8-də Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin iştirakı ilə Azərbaycan-Misir sənədlərinin imzalanması mərasimi olub. Bir sıra sənədlər imzalanıb:

“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Misir Ərəb Respublikasının Gənclər və İdman Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”

“Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyəti ilə Misir Ərəb Respublikasının Qahirə Qubernatorluğu arasında dostluq və əməkdaşlıq haqqında Anlaşma Memorandumu”

“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Misir Ərəb Respublikasının Elektrik və Bərpaolunan Enerji Nazirliyi arasında elektrik və bərpaolunan enerji sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”

“Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Misir Ərəb Respublikasının Sərmayə və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında 2024-2025-ci illər üzrə Birgə Fəaliyyət Planı”

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu”

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu”

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”

 

Mirülvi Ağalarov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini

Bir cavab yazın