Loading

Azərbaycan diplomatiyasının prioriteti.

19 may 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxış edərək bu açılışların tarixi hadisə adlandırdı. Prezident çıxışında bu layihələrin İranın geniş imkanları və böyük təcrübəsi sayəsində ərsəyə gəldiyini, bu layihələrin dostluğun növbəti təzahürü olduğunu vurğuladı.

Prezident İlham Əliyev bölgənin inkişafının bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməli olduğunu, qeyri-regional ölkələrin müdaxiləsinin qəbuledilməz olduğunu vurğuladı. Azərbaycan diplomatiyasının prioritetinin bütün ölkələrlə əlaqələri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qurmaq olduğunu qeyd etdi.Bizi birləşdirən layihələr arasında nəqliyyat layihələri xüsusi rol oynayır. Bu gün nəinki ölkələrimiz üçün, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir. İran bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi istiqamətində çox önəmli və dəyərli səylər göstərir. Biz Azərbaycan olaraq bütün ölkələrlə əlaqələri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qururuq və bundan sonra da quracağıq. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək. Əgər bölgəmizdən minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, regionda yerləşən ölkələrin maraqlarını nəzərə almalıdırlar.Prezident İlham Əliyev çıxışında İran və Azərbaycan xalqlarının əsrlər boyu bir yerdə yaşayıb-yaratdıqlarını qeyd etdi və bu gün dövlətlərarası münasibətlərin ən yüksək səviyyəyə qalxdığını bildirdi. Əməkdaşlığın gələcəyə yönəldiyini, qədim tarixdən gələn qarşılıqlı hörmət və dəstəyin bu nəhəng layihələrdə özünü göstərdiyini və gələcək planlarda da davam edəcəyini bəyan etdi.Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə keçən il yükdaşımaların həcmi 50 faizdən çox artıb, bu ilin üç ayında da artıb. Bütövlükdə isə İranla Azərbaycan arasındakı yükdaşımaların artımı 50 faizdən çoxdur və bu, hələ başlanğıcdır, dəmir yolu tam istismara veriləndən sonra bu rəqəmlər daha da artacaq.İran-Azərbaycan birliyinin və dostluğunun sarsılmaz olduğunu, heç kimin bu dostluğun arasına girə bilməyəcəyini vurğulayan Prezident İlham Əliyevin çıxışı Azərbaycan-İran dostluğunun gücləndirilməsi və gələcək əməkdaşlığın perspektivləri barədə əhəmiyyətli mesajlar verdi. Bu layihələrin həyata keçirilməsi iki ölkə arasında möhkəm dostluq əlaqələrinin daha da dərinləşəcəyini göstərir.

Ümumilikdə, Xudafərin və Qız Qalası hidroqovşaqlarının açılışı Azərbaycan-İran əməkdaşlığının yeni mərhələyə keçdiyini və bu əməkdaşlığın gələcəkdə daha da güclənəcəyini göstərir. Bu layihələr təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün böyük strateji və iqtisadi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin çıxışı bu dostluğun və əməkdaşlığın davam edəcəyinə, regionun inkişafına və sabitliyinə töhfə verəcəyinə inamı artırır.İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı çox müsbətdir.

 

Aidə Dadaşova,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini

Bir cavab yazın