Loading

Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisi 30 ilə yaxın Ermənistanın işğalı altında idi.

44 günlük Vətən Müharibəsində qazandığımız Zəfərdən sonra, Azərbaycan Prezidenti işğaldan azad edilmiş ərazilərimizə səfər edərkən Xudafərin körpüsünə Dostluq körpüsü dedi. Mayın 19- da isə iki ölkə başçısının sərhəddə görüşməsini  dəyərləndirən ölkə başçısı İlham Əliyev qeyd etdi ki: “ Bu hadisə bir daha onu göstərir ki, bu sərhəd dostluq sərhədidir, qardaşlıq sərhədidir”.

Prezident İlham Əliyev torpaqlarımızın işğalı, beynəlxalq təsisatların bu məsələdə fəaliyyətsizliyinə də toxundu. Ölkə başçısı bildirdi ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri 30 ilə yaxın Ermənistanın işğalı altında idi. Bax, burada – bu yaxınlıqda yerləşən ərazilər işğal altında idi. Torpaqlarımızın təxminən 20 faizi zəbt edilmişdi, oradan Azərbaycan əhalisi çıxarılmışdı, bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdı, bir milyon azərbaycanlı evsiz-eşiksiz qalmışdı. Uzun illər bu məsələ ilə məşğul olan ATƏT-in Minsk qrupu və onun həmsədrləri məsələni həll etmək üçün yox, məsələni dondurmaq üçün çalışırdılar. 28 il ərzində fəaliyyət göstərən, əslində, fəaliyyətsiz olan Minsk qrupunun tamamilə ləğv edilməsi Azərbaycanın haqlı tələbidir. Onlar 28 il ərzində məsələni həll etməyə yox, yenə də deyirəm, dondurmağa səylər göstərmişlər.

Azərbaycan Ermənistanla olan məsələni – öz ərazi bütövlüyünün bərpasını 2020-ci ildə hərbi-siyasi yollarla, beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq çərçivəsində həll edib və 2023-cü ildə öz dövlət suverenliyini tam bərpa edib. İndi isə Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi prosesi gedir. Biz bu prosesin ilkin müsbət nəticələrini görürük və sərhədimizin şimal hissəsində artıq delimitasiya və demarkasiya başlanmışdır. Hesab edirəm ki, bu, ümidverici hadisədir. Çünki bu, ümid verir ki, nəhayət, uzun fasilədən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər.

Biz İranın bu məsələyə dair dəstəyini alqışlayırıq və bu gün hörmətli Prezident Rəisi ilə söhbət əsnasında bir daha gördüm ki, İran bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi istiqamətində çox önəmli və dəyərli səylər göstərir.

 

Ruslan Babayev,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın