Loading

Neft və qaz Tanrıdan verilən böyük nemətdir və ölkələrə bu nemətə görə qiymət verilməlidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 26-da Almaniyaya rəsmi səfəri zamanı təşkil edilən mətbuat konfransında cənab Pre­zident İlham Əliyevin çıxışı istər səfərin məqsədi haqqında, istərsə də Azərbaycan – Almaniya münasibətlərinin necə davam edəcəyi haqqında informativ bilgi oldu. Ölkə baş­çımız bildirdi ki Son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır. İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir. Bu fikir təkcə iki dövlət arasında əlaqələri deyil, həm də regionu əhatələyir.Son illər dünyanın ən qlobal problemlərindən biri də enerjidir.Azərbaycan bu baxım­dan da dünyanın maraq dairəsindədir. Azərbaycan həm də yaşıl enerji ixracatçısıdır. Azərbay­can Res­pub­li­ka­sının Prezidenti cənab İlham Əliyev Almaniyada mətbuat konfransında bu haq­da da fikir səsləndirərək dedi ki, “Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və tə­bii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır. 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək.Onların enerji po­ten­sialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir”. Mətbuat konfransında cənab İlham Əliyev qalib dövlətin adın­dan bildirdi ki, Azərbaycan 2020-ci ildə öz su­ve­ren ərazi­si­nin böyük hissəsini işğaldan azad etmiş, keçən ilin sentyabr ayında isə su­ve­ren­liyini tam bərpa etmişdir. Biz beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, BMT Ni­zamnaməsinin 51-ci maddəsinə söykənərək öz ərazi bütövlüyümüzü hərbi-siyasi yollarla təmin etdik”. Bu fikirlər işğalçı dövlətə siyasi, siyasi-hərbi dəstək göstərən dövlətlərə ciddi siyasi qınaqdır.Yanacaq da dünyəvi problemlərdəndir. Bu baxımdan Azərbaycan dünyanın az dövlət­lə­rindəndir ki, böyük təbii ehtiyatlara malikdir. Bu, həm iqtisadi inkişafda, həm də dünyəvi mü­nasibətlərin inkişafında əhəmiyyətli amilllərdəndir. Azərbaycan Respublikasının Prezi­denti cənab İlham Əliyev mətbuat konfransında dedi: “Neft və qaz Tanrıdan verilən böyük nemətdir və ölkələrə bu nemətə görə qiymət veril­mə­lidir. Azərbaycan neftdən, qazdan əldə olun­­muş gəlirlərdən düzgün istifadə edir. Buna görə də Azərbaycanda yoxsulluq şəraitində yaşayanların faizi son 20 il ərzində 50 faizdən 5 faizə düşmüşdür. Məhz buna görə Azərbaycan öz iqtisadi potensialını ortaya qoya bilib. Ölkəmizin birbaşa xarici borcu ümumi daxili məh­su­lumuzun cəmi 7,9 faizinə bərabərdir. Neftdən, qazdan gələn gəlirlər cəmiyyətdə ədalətli bölünür və bu gün, ilk növbədə, Qarabağın və Şərqi Zəngəzurun bərpasına istiqamətləndirilir”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın iqtisadi sahə­də perspektivlərindən də danışaraq qeyd etdi ki,  Azərbaycan, sadəcə, öz infrastrukturunu və çox yaxşı sərmayə mühitini təmin edir.Biz Avropaya lazım olan böyük həcmdə təbii qaza qənaət edəcəyik. Eyni zamanda, hazırda Xəzərdə külək enerjisi stansiyalarından Avropaya va­hid ötürülmə xətlərini, o cümlədən Qara dənizin dibi ilə kabeli çəkmək üçün texniki əsaslan­dırma işlərinin son mərhələsindəyik.Bu, dörd qiqavat həcmində Azərbaycanın yaşıl enerjisini Avropaya ixrac etmək imkanını yaradacaq. Dənizdə külək enerjisinin təsdiqlənmiş ehtiyatla­rı­mız 157 qiqavatdır. Bu, potensialın təzahürüdür. Uzun illər külək Bakı sakinləri üçün müəyyən narahatlıq yaradırdı. Lakin indi külək enerjisi böyük işlər, əməkdaşlıq və tərəfdaşlıq şəraitini yaradacaq və enerji təhlükəsizliyini gücləndirəcək…

 

Pərviz Hacıyev,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın