Loading

Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və bu münasibətlə çıxış edib. Dövlət başçısı çıxışında aqrar sektorda görülən işlər haqda maraqlı məqamlara toxunub. Aqrar sektorun inkişafı üçün əsas təminatlardan biri də su ilə bağlıdır. Bu yazımızda biz bu istiqamətdə görülən işlərdən və real vəziyyətdən danışacağıq.Azərbaycanda iqtisadi artımın sürətləndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması məqsədilə qeyri-neft sektorunun, xüsusən də böyük potensialı olan aqrar sektorun inkişfı üçün təminatların yaradılması istiqamətində çox böyük layihələr və dövlət proqramları həyata keçirilir. Bu istiqamətdə həyata keçirilən əsas tədbirlərdən biri də suvarma sistemlərinin artılrılması və təkmillədirilməsi ilə bağlıdır. Son illərdə bir çox yeni su anbarları, su kanalları çəkilir və mövcud sistemlər əsaslı təmir olunur.Bu istiqamətdə həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var. Yuxarı Şirvan suvarma kanalı 1958-ci ildə inşa edilib və 70 ilə yaxındır ki istismar olunur. Çox böyük bir ərazinin suvarılması üçün əsas su mənbəyi rolunu oynayan bu kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxıb. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşıb, əkin üçün yararsız vəziyyətə düşüb. Faktiki olaraq, kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən 2 dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Bu deməkdir ki, bu kanal vasitəsilə suvarılan əkin sahələri də 2 dəfədən çox artacaq.İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək.

 

Gündüz Əsgərov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın