Loading

Bərpa–quruculuq işləri davamlı olaraq aparılır.

İlk dəfə Prezident kimi and içəndə Azərbaycan xalqına torpaqlarımızı düşmənin əlindən alacağı vədini verən dövlət başçımız, Ali Baş Komandan İlham Əliyev sözünün sahibi oldu. Artıq statusu ləğv olunan «Dağlıq Qarabağ münaqişəsi»nin həlli ilə Ermənistan və onun havadarlarının torpaqlarımızı əbədi işğal altında saxlamaq niyyətləri puç oldu. Ermənistan üzərində Zəfərimizin ilk ildönümünün təntənə ilə qeyd olunması, Prezident, Ali Baş Komandan İlham Əliyevin Şuşada hərbçilərlə görüşündə söylədiyi «İkinci Qarabağ müharibəsi şanlı tariximizin parlaq səhifəsidir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib bu şanlı missiyanı yerinə yetirmişdir. Mən işğal dövründə dəfələrlə deyirdim ki, hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü öz işi ilə, öz əməli ilə yaxınlaşdırmalıdır. Mən demişdim ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və biz işğala son qoymaq üçün bütün gücümüzü səfərbər edib bir nöqtəyə vuraraq düşməni tarixi torpaqlarımızdan qovduq» sözlərində bütün Azərbaycan xalqının sevinci ifadə olunur. Düşməni doğma torpaqlarımızdan qovaraq tarixi Zəfəri ilə insanların 30 illik torpaq həsrətinə son qoyan Azərbaycan Ordusu dünyanın hərb tarixinə yeni səhifələr yazdı.

Dövlət başçımızın “Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq. Əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyillərə əl atsa, bizim yumruğumuzu görəcəkdir. Bizim yumruğumuz yerindədir” sözlərinin təsdiqi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də göstərilən, möhkəm iqtisadi təmələ əsaslanan vəzifələrin artıq yerinə yetirilməsinə başlanılmasıdır. Xalqımızın böyüklüyünü müharibə dövründə və müharibədən sonrakı dövrdə görən beynəlxalq ictimaiyyət qısa müddətdə həyata keçirilən quruculuq işlərini möcüzə adlandırır.

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb.
Dövlətimizin başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərək bildirmişdir ki, dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir.

Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır. Geniş quruculuq işləri aparılaraq biz artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il bu proses davam edəcək.

 

Vurğun Şirəliyev,

YAP  Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın