Loading

Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib.

Bu gün Azərbaycan və Gürcüstan ölkələri arasında mövcud olan siyasi, iqtisadi, mədəni əlaqələrin günü-gündən inkişaf edir.Cənubi Qafqazda Azərbaycan mehriban qonşuluq siyasəti yürüdərək bütün dünyaya bir nümunə modeli imicini yaratmışdır. Gürcüstanla əməkdaşlığın genişləndirilməsi əlaqələrin yüksələn xətlə inkişaf etdiyininin bariz nəticəsidir.

Bu əməkdaşlığın bariz nümunəsi olaraq cari ilin Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətimizin başçısının dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü olub və görüş zamanı mətbuata verilən birgə bəyanat mühüm mesajlarla yadda qalıb.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Gürcüstanın Baş nazirinin ölkəmizə rəsmi səfərinin əməkdaşlığımızın daha da genişlənməsi işinə töhfə verəcəyi bildirildi.

Qeyd etmək lazımdır ki, bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Birgə həyata keçirdiyimiz infrastruktur layihələri – nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq.

Gürcüstan Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan transmilli layihələrində fəal iştirak edir. Bu gün Avropanın iqtisadi cəhətdən inkişaf etmiş qabaqcıl ölkələri ölkəmizin təşəbbüsü ilə reallaşan bir çox enerji və logistik layihələrin reallaşmasında ölkəmizin göstərdiyi prinsipal mövqeyi dəstəkləyərək bizimlə razılaşırlar. Cənubi Qafqazda geopolitik maraqlarda Azərbaycanın qüdrəti və imzası xüsusilə seçilir. Gürcüstanla münasibətlərimiz strateji tərəfdaşlıq səviyəsinə qədər yüksəlmişdir. Bir sıra layihələrin tranzit daşıyıcısana çevrilən şimal-qərb qonşumuzla əlaqələrimiz ən yüksək formada inkişaf edərək özünün kulminasiya nöqtəsinə çatmışdır.

Xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycanla yanaşı, Türkiyə və Gürcüstan keçən əsrin 90-cı illərindən başlayaraq Qərb ölkələri ilə birlikdə Xəzər hövzəsinin enerji resurslarının birgə istismarı və alternativ transmilli layihələr vasitəsilə Avropa bazarlarına ixracı sahəsində fəal siyasət aparmışdır.Bu üç ölkənin birgə geoiqtisadi maraqlarının və təhlükəsizliyinin təmin edilməsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu mühüm rol oynayır.

Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Gürcüstan ilə münasibətlərinin daha da möhkəmləndirilməsi və genişləndirilməsinə xidmət edir, bu ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsinə çevrilməkdədir. Azərbaycanın həyata keçirdiyi bütün layihələrin qonşu Gürcüstan dövləti tərəfindən daim dəstəkləndiyini də vurğulamaq lazımdır.

İstər Azərbaycanda, istərsə də Gürcüstanda diqqətçəkən inamlı inkişaf bu ölkələrin ictimai-siyasi sabitliyinin, hər iki dövlət vətəndaşlarının hökumətə olan dəstəyinin məntiqi nəticəsidir. Çünki sabitlik və hökumətin aydın gələcəyə yönələn baxışları bir çox önəmli layihələr icra edilməsinə imkan verir, həm iqtisa­diyyatın dinamik artmasını, infrastruktur layihələrinin uğurla icrasını və əhalinin rifahının getdikcə yaxşılaşmasını şərtlən­dirir.

 

Elvin Əlizadə,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın