Loading

Sentyabrın əvvəlində Ermənistanın baş naziri separatçı rejimə dırnaqarası müstəqillik günü münasibətilə təbrik məktubu göndərdi.

Martın 14-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu keçirilib.

Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib. Ölkə başçısı çıxışında bildirib ki, Qarabağ məsələsi öz həllini tapdıqdan sonra biz sülhə çox yaxınıq. Biz belə hesab edirik. Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub və indi biz düşünürük ki, sülhə nail olmaq mümkündür. Biz bunu istəyirik. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib.

Diqqətinizə çatdırmaq istədiyim bir məsələ bizim antiterror əməliyyatı ilə bağlı beynəlxalq reaksiyadır. Əksər hallarda bu reaksiya tamamilə adekvat olmuşdur. Beynəlxalq birlik, müxtəlif ölkə və beynəlxalq təşkilatlar öz açıqlamalarında, habelə bizimlə pərdəarxası təmaslarda qeyd edirlər ki, onlar bizim bunu etmək məcburiyyətində qaldığımızı anlayırlar. Anlayış var ki, antiterror əməliyyatından öncə Ermənistan iki qırmızı xəttimizi keçib və ümumilikdə beynəlxalq birliyin buna reaksiyası tamamilə müsbət olmuşdur.

Bəzi təfərrüatlar, sentyabrın əvvəlində nələrin baş verdiyi və antiterror əməliyyatının niyə sentyabrda həyata keçirilməsi haqqında sizə məlumat vermək istəyirəm. Çünki sentyabrın əvvəlində Ermənistanın baş naziri separatçı rejimə dırnaqarası müstəqillik günü münasibətilə təbrik məktubu göndərdi. Bunu gözləmirdik və bu, bizim üçün mənfi bir sürpriz oldu. Çünki Ermənistanın həmin baş naziri 2022-ci ildə Praqadakı görüşdə ictimai şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanımışdı və bir neçə dəfə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının olmadığını vurğulamışdı.

Yaxşı, o zaman bu təbrik nəyə lazım idi? Bu təbrik separatçılara ünvanlanmışdı və bu, Azərbaycanın suverenliyinin pozulması idi, tamamilə ziddiyyətli və qəbuledilməz hərəkət idi. Daha sonra sentyabrın 9-da dediyim kimi, yalnız müəyyən insanların xülyalarında mövcud olan dırnaqarası dağlıq qarabağ respublikası dırnaqarası prezident seçkiləri təşkil etdi və bu, növbəti qırmızı xətt idi.

Beləliklə, bu, bizim son həddimiz idi və antiterror əməliyyatının həyata keçirilməsinə səbəb oldu. Bu əməliyyat bir neçə saat davam etdi və 23 saatdan sonra separatçılar təslim oldular. Mülki əhali arasında itki olmadı və separatçılar təslim olan kimi biz əməliyyatı dayandırdıq və bu, həmin tarixçənin sonudur.

 

İradə Heybətova,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini

Bir cavab yazın