Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir.
Prezident İlham Əliyevin qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi önəmə malikdir. Bu iki dost ölkəni təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Yəni, Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və hər iki dövlət, həm də mühüm strateji tərəfdaşdırlar. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var, xalqlarımızı uzun əsrlərə söykənən tarixi bağlılıq da birləşdirir. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə münasibətlərimizin 30-cu ildönümü qeyd olunub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Azərbaycanın milli maraqlar üzərində qurulan xarici siyasətində qonşularla qarşılıqlı maraqların təmin edilməsi, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət prinsipləri əsasında yaxşı münasibətlərin qurulması xətti əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Məhz bu gün Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda etibarlı sülhün əsası qoyulur.
Hazırda hər iki ölkə bir çox səhələr üzrə çox uğurla əməkdaşlıq edir. Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətimizin başçısının dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev çıxışı zamanı bildirmişdir ki, bu gün biz ölkələrimizin ərazi bütövlüyü, suverenliyi ilə bağlı bir daha qarşılıqlı dəstək ifadə etdik və bu gün mətbuat qarşısında mən bunu bir daha demək istəyirəm. Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək. Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüququn normaları hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkilik ola bilməz. Azərbaycan uzun illər ərzində işğaldan əziyyət çəkmiş, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş ölkə kimi çox yaxşı bilir ki, beynəlxalq hüququn normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Bu yol da tamamilə qanunidir. BMT Nizamnaməsi hər bir ölkəyə özünü müdafiəetmə hüququ tanıyıb və Azərbaycan məhz bu hüquqdan istifadə edərək ərazi bütövlüyünü bərpa etmişdir.
Bir daha demək istəyirəm ki, Gürcüstanın Baş nazirinin – dost, qonşu və qardaş ölkənin rəhbərinin səfəri böyük əhəmiyyət daşıyır. Əminəm ki, bizim bu gün başlayan şəxsi tanışlığımız dostluğa çevriləcək, çünki xalqlarımız dost xalqlardır. Bizim nümayəndə heyətinin üzvləri bir-biri ilə uzun illər təmasdadırlar və onları da dostluq əlaqələri bağlayır. İki qardaş ölkə bundan sonra da əl-ələ verərək, çiyin-çiyinə irəliyə gedəcək və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəkdir.
Gündüz Əsgərov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri