Loading

“Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram. Bu əziz gündə bir daha bütün Azərbaycan xalqını gözəl bayram münasibətilə təbrik etmək istəyirəm.”

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.

İllərdir ki, istisnasız hər bayramlarda bizlərin bir duası olurdu ki, bu da – “O gün olsun qarşıdakı bayramı Qarabağda qeyd edək”.Və, nəhayət xalqımızın bu duaları qəbul oldu. Ölkəmizin Ali Baş Komandanı cənab İlham Əliyevin uzaqgörən siyasəti və qəhrəman, igid Azərbaycan əsgərlərimizin sayəsində biz bugün elimizin milli bayramını qədim, doğma yurdda Qarabağda qeyd edirik. Bir zamanlar prezidentimiz o gün olacaq Novruz bayramı Şuşada, Ağdamda, Xankəndində keçiriləcək deyirdi. Və o gün bugündür keçirilir nəhayət. Nəzərinizə çatdıraq ki, işğaldan azaddan sonra ilk bayram Cıdır düzündə keçirilmişdir.

İşğaldan azad edilən Cıdır düzünün ilk bayram şahidliyindən sonra İlham Əliyev bunları demişdir: “Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır… Bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik… Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik… Bu gün Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm: “Şuşa sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!.. Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram. Bu əziz gündə bir daha bütün Azərbaycan xalqını gözəl bayram münasibətilə təbrik etmək istəyirəm…”

Novruz bərəkət, mehribançılıq, dostluq bayramıdır. Nə xoş bizə ki, doğma Qarabağ illərdir həsrət qaldığı bu mənzərələrə yenidən şahid olur. Novruz sülhü və tolerantlığı tərənnüm edir. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır. Bugünlərdə artıq işğaldan azad olunmuş torpaqlarımızdakı evlərdə bayram aşları asılır, şəkərburalar, paxlavalar bişirilir, yumurtalar döyüşdürülür.

 

Elnarə Əliyeva,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın