Loading

“Bir millət, iki dövlət” siyasətinə dəstək.

Yeni Azərbaycan Partiyasının VII qurultayı Azərbaycanın ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Azərbaycan dünyada islahatçı ölkə kimi tanınır. Xüsusilə də, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər bütün sahələri əhatə edən genişmiqyaslı islahatlara həyata keçirilib. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar kompleks xarakter daşıyır, ardıcıl və məqsədyönlüdür. Dövlət başçısının islahatlar kursu Azərbaycanın bugünkü inkişafını təmin, gələcək strateji hədəflərinin gerçəkləşməsini isə mümkün edən faktorlardandır. Üç il əvvəl – 5 mart 2021-ci il tarixdə islahatlar kursunun tərkib hissəsi kimi və yeni dövrdə milli vəzifələrin reallaşdırılması zərurəti ilə əlaqədar partiyamızın VII qurultayı keçirilib. Tarixi Zəfərdən sonra istər ölkədə, istərsə də beynəlxalq müstəvidə yaranmış yeni reallıqlar fonunda keçirilmiş YAP-ın VII qurultayı partiyamızın və ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoyub. Qurultayda qəbul edilən qərarlar partiyamızın inkişafı və müasir çağırışlara cavab verməsi ictimai-siyasi öhdəlikləri layiqincə yerinə yetirməsi üçün olduqca əhəmiyyətlidir.

Partiyanın əsas istiqamətlərindən biri də beynəlxalq münasibətlər sistemində yerinin müəyyən olunmasıdır. Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın aparıcı siyasi partiyaları və qurumları ilə münasibətlər mühüm yer tutur. Bu münasibətlər çərçivəsində partiyalar arasında intensiv təmaslar davam etdirilir, səmərəli, faydalı müzakirələr, fikir və təcrübə mübadilələri aparılır. Azərbaycan-Türkiyə mənəvi-siyasi birliyinin və 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni geostrateji reallıqların fonunda YAP-AK Parti əlaqələrinin də keyfiyyətcə yeni mərhələyə qədəm qoyması xüsusi diqqətə çatdırılmalıdır. İki hakim siyasi partiya dövlət başçılarının qardaşlıq münasibətlərini örnək götürərək əlaqələri daha da gücləndirməyi, inkişaf etdirməyi qarşıya məqsəd qoyub, bu istiqamətdə müvafiq siyasi, hüquqi addımlar atır. YAP və AK Parti arasında təmaslar, tədbirlər bir millət, iki dövlət olan Azərbaycan ilə Türkiyənin mənəvi-siyasi birliyinin güclənməsinə öz töhfəsini verir. Dost ölkələrin hakim partiyaları ilə əlaqələrimiz də uğurla davam etdirilir.

 

Əzizə Abdullayeva,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini

Bir cavab yazın