Loading

Sentyabrın 20-də öz suverenliyimizi tam bərpa edəndən sonra dərhal göstəriş verildiki, ilk növbədə, Xocalıda xocalıların evləri bərpa edilsin.

XX əsrin ən dəhşətli cinayəti olan Xocalı faciəsindən 32 il keçdi. Soyqırımından 32 il sonra azad Xocalıya qayıdırıq. Bu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, rəşadətli Ordumuzun, xalqımızın dəmir yumruq kimi birliyinin, həmrəyliyinin nəticəsidir. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik, eyni zamanda, aparılan danışıqlara sadiqlik göstərirdi. İşğalçı dövlət daha da azğınlaşırdı, hesab edirdi ki, torpaqlarımızı əbədi işğal altında saxlaya bilər.Xocalı faciəsi sağalmayan yaramızdır. Bunu unutmağa heç kəsin haqqı yoxdur. Bu faciə xalqımızın nə qədər yenilməz, məğrur olduğunu, yaşadıqlarına rəğmən sınmadığını, gələcəyə böyük inamla yanaşdığını nümayiş etdirdi. Ordumuzun şanlı qələbəsi sayəsində biz tariximizin tamamilə fərqli bir anını yaşayırıq. Bu Qələbə dövlətimizin və xalqımızın qarşısında yeni imkanlar açır, Bu Zəfər faciələrimizi, zaman-zaman ermənilərin və onlara havadarlıq edən dövlətlərin dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı həyata keçirilən soyqırımı və deportasiyanı unutdurmur, ona yeni məzmun və dəyər gətirir. Bu gün Xocalı soyqırımı bəşəri dəyərlərə edilmiş amansız qəsd kimi dəyərləndirilir. Xocalı faciəsi yaddaşımızda daim sağalmaz yara kimi yer alıb və alacaq. Qeyd etdiyimiz kimi, bu yaralar bizi ruhdan salmadı, daha mübariz olduq, torpaqlarımızı işğaldan azad etmək üçün bütün səylərimizi səfərbər etdik.44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, ondan üç il sonra 2023-cü ilin 19-20 sentyabr tarixlərində Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar mövcuddur. Ən əsası sonda zəfər çalan yalan üzərində qurulan siyasət deyil, real faktlara, tarixi həqiqətlərə söykənən təbliğatdır. Azərbaycanın döyüş meydanında, eyni zamanda, informasiya cəbhəsində üstünlük qazanmasında məhz bu siyasətimiz əhəmiyyətli rol oynadı. “Xocalıya gəldikdə isə biz sentyabrın 20-də öz suverenliyimizi tam bərpa edəndən sonra dərhal göstəriş verdim ki, ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilsin” – bunu fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.Mənfur düşmən qanlı soyqırımı törətmiş, Xocalını yerlə-yeksan etmiş, xocalılıları öz doğma torpağından didərgin salmışdır. Xocalının tarixi adını dəyişdirməyə cəhdlər olmuşdur. Azərbaycanlılar doğma torpaqlarından qovuldu. Bu gün Xocalı tam azaddır. 32 ildən sonra ilk dəfə Xocalı soyqırımı günü Xocalıda qeyd olundu. Böyük Qayıdış proqramına əsasən,  işğaldan azad edilmiş ərazilərimizə möhtəşəm köçün başlanmışdır, keçmiş məcburi köçkünlər böyük çoşqu ilə doğma el-obalarına qayıdırlar. Dövətimizin başçısı Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Xocalıda Memorial Kompleksin təməlini qoydu. Bu  Memorial Kompleksin təməli çoxdan qoyulmuşdu, layihəsi  də çoxdan hazır idi, ancaq tikintisi hər il təxirə salınırdı. Ona görə ki, biz Xocalıya qayıdacağımıza inanırdıq. Qayıtdıq da.

 

Ruhəngiz Nəcəfova,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini

Bir cavab yazın