Loading

Biz texniki vasitələr hesabına İkinci Qarabağ müharibəsindən minimum itkilərlə çıxmışıq.

İkinci Qarabağ müharibəsindən ardından sentyabr ayında keçirilmiş antiterror əməliyyatı bir daha Silahlı Qüvvələrimizin gücünü göstərdi. Cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salındı. Növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri Ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. Bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir.

Prezident andiçmə mərasimindəki çıxışı zamanı qələbənin əldə olunmasında texniki vasitələrin mühim rolunu vurğulayaraq bildirdi ki, biz texniki vasitələr hesabına İkinci Qarabağ müharibəsindən minimum itkilərlə çıxmışıq.

Bu məsələ daim Ali Baş Komandan İlham Əliyevin ilk prioriteti olub. Azərbaycan son 10 gün ərzində Serbiyadan 42 km atəş məsafəsinə sahib özüyeriyən artileriya qurğuları əldə edib. Onların sayı isə 50-yə yaxındır. Digər tərəfdən İlham Əliyev Prezident seçildikdən bir gün sonra Azərbaycan Hava qüvvələrinin tərkibində açılan Pilotsuz Uçuş Aparatı (PUA) Akademiyasının açılışını həyata keçirərək “Akınçı” PUA-larını şəxsən özü idarə etdi. Bunlar onu göstərir ki, Azərbaycan dünyada mövcud olan ən müasir və yeni texnologiyalara əsaslanan silahları ordumuzun arsenalına daxil etməkdə qərarlıdır. Son texnologiyalara əsaslanan hərbi silah sistemlərinin idarə edilməsi üçün zəruri olan infrastruktur ölkəmizdə yaradılır. PUA Akademiyası da məhz bu məqsədlə açılıb. Eyni zamanda Azərbaycan yerli istehsalın inkişafına kifayət qədər vəsait ayırıb.  Bu il Müdafiə Sanayesi Nazirliyinin tərkibində fəaliyyət göstərən müəssələr yeni silah sistemlərini yəqin ki, ADEX 2024 sərgisində təqdim edəcəklər. Sərgiyə qədər isə qardaş Türkiyənin Aselsan, Roketsan, Havelsan və Baykar Makina kimi şirkətlərinin də Azərbaycanda birgə istehsalat müəssələrinin açılması gözlənilir.

 

Əlifağa İsgəndərov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü

Bir cavab yazın