Loading

Avropanı narahat edən Qələbə.

Yanvarın 22-də Avropa qurumlarının atdığı addım Azərbaycanla münasibətlərdə əhəmiyyətli dəyişiklik olub, həm Avropa Şurası Parlament Assambleyası, həm də Avropa İttifaqı narahatlıqlarını ifadə ediblər və ölkəyə qarşı “tədbirlər” görüblər. Avropa Şurası Parlament Assambleyasının qərarı dörd əsas səbəbə əsaslanaraq Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması şəklində qəbul edilib. Bu səbəblər arasında 2023-cü ildə Azərbaycanın AŞPA məruzəçilərinin Laçın dəhlizinə daxil olmasına icazə verməməsi, insan hüquqlarının pozulmasının davam etməsi, siyasi məhbusların sayının artması və AŞPA-nı 7 fevral prezident seçkilərini qiymətləndirməyə dəvət etməkdən imtina var.

Eyni zamanda, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Azərbaycanı Ermənistanın suverenliyinə qəsd etməkdə ittiham edərək xəbərdarlıq edib ki, bu cür hərəkətlər Bakı üçün ciddi nəticələrə səbəb olacaq. Bəzi müşahidəçilər güman edirlər ki, bu qərarlara Azərbaycanın Rusiya ilə yaxınlığı təsir edib. Lakin, bunun ilkin səbəbi Ermənistanla davam edən münaqişədədir. Avropa institutları, xüsusən, Fransanın rəhbərlik etdiyi institutlar Azərbaycanın öz ərazilərini geri qaytarmaq üçün güc tətbiq etməsinə qarşı mübarizə aparır. Onlar Qarabağ məsələsinin birdəfəlik həlli ilə barışmaq istəmirlər.

Ağaş Paşayev,

YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın