Loading

Rusiya bir neçə dəfə müharibəni dayandırmaq üçün səylər göstərmişdi və Azərbaycan hər zaman öz şərtlərini açıq şəkildə səsləndirirdi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ənənəvi olaraq yerli televiziya kanallarına verdiyi müsahibədə ictimaiyyəti maraqlandıran, beynəlxalq ictimaiyyətə ünvanlanmış vacib mesajlar verilib. Ölkəmizin başçısı Azərbaycanın prioritet sahələrdə qazandığı nəaliyyətlər, icra olunan layihələr barəsində əhatəli məlumat verdi. Eyni zamanda qarşıdan duran hədəflərlə əlaqədar prioritet istiqamətlər də ölkə ictimaiyyətinə açıqlandı. Cənab Prezident müsahibəsidə sözsüz ki, həm xarici, həm də daxili auditoriya üçün mühüm mesajlar ünvanladı.

Mürəkkəb proseslərin getdiyi vaxtda Azərbaycanda bütün sahələri əhatə edən, davamlı inkişafa hesablanmış addımlar atılır. Bu mənada Prezident İlham Əliyevin qətiyyəti və liderliyi vacib amil kimi mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident müsahibə zamanı jurnalistlərin ötən müddətdə Azərbaycanda iqtisadi, sosial sahələrdə görülən işlər, növbədənkənar Prezident seçkiləri, Azərbaycanla Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri, ölkəmizin xarici siyasəti və digər vacib məsələlərlə dair suallarını tam əhatəli və dolğun bir şəkildə yüksək səviyyədə cavablandırıb.

Prezident İlham Əliyev sualları cavablandırarkən bildirmişdir ki,  Putinlə də dəfələrlə söhbətim olmuşdur. Çünki bilirsiniz ki, Rusiya bir neçə dəfə müharibəni dayandırmaq üçün səylər göstərmişdi və mən də şərtləri qoymuşdum. Mən hələ oktyabrın ilk ongünlüyündə aramızda olan telefon söhbəti zamanı demişdim ki, biz dayanmağa hazırıq, amma şərtlərimiz var. Onlar bizim torpağımızdan çıxmalıdır və mənə tarix verməlidir, təqvim verməlidir nə vaxt çıxacaq. Mən artıq bunu Azərbaycan ictimaiyyətinə də dedim, yəqin ki, yadınızdadır. Mənim televiziya çıxışlarım da yəqin yadınızdadır ki, Ermənistan bizə vaxt versin, tarix versin və biz müharibəni dayandırmağa hazırıq və belə də oldu. Noyabrın 10-da bizə tarix verildi və biz müharibəni dayandırdıq. Ona görə təmaslar daha çox bunun ətrafında idi və əlbəttə ki, noyabrın 9-da, dediyim kimi səhərdən noyabrın 10-da erkən saatlara qədər bu razılaşma, mətn razılaşması prosesi getmişdir. Bu gün prinsip etibarilə mən kimi doğum günü münasibətilə təbrik edirəm, bu mətbuatda var. Məni də kim təbrik edir, onların sayı çox deyil, 4-5 Prezidentdir, mən tərəfimdən də 4-5 Prezidentə zəng edib telefonla təbrik edirəm. Amma yəqin bu gün əgər hansısa ciddi bir məsələ ölkəmiz qarşısında dursa, əlbəttə, ilk növbədə, qardaşım Rəcəb Tayyib Ərdoğana zəng edərəm, onu məlumatlandıraram.

 

Səadət Səfərova,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini

Bir cavab yazın