Loading

Milli məfkurənin ideoloji sütunu.

Milli məfkurə ətrafında sıx birləşən soydaşlarımızın xarici ölkələrdə mütəşəkkil şəkildə fəaliyyət göstərmələri, birlik və həmrəylik nümayiş etdirmələri ölkəmizin maraqlarının qorunması baxımından strateji əhəmiyyət daşıyır.Ümummilli Lider Heydər Əliyevin xalqımızın gələcəyi naminə göstərdiyi ən böyük xidmətlərdən biri dövlətçiliyin möhkəmlənməsində mühüm rolu olan azərbaycançılıq ideologiyasını təkcə ölkə daxilində birliyə nail olmaq üçün deyil, eyni zamanda, xaricdəki diasporumuzun təşkilatlanmasında əsas ideoloji xətt və milli məfkurə kimi müəyyən etməsidir. Təsadüfi deyil ki, Ulu Öndər xarici ölkələrə səfərləri sırasında soydaşlarımızla çoxsaylı görüşlər keçirir, xaricdə yaşayan azərbaycanlıları daim azərbaycançılıq ideyası ətrafında birləşməyə, yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə çağırırdı.Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Milli məfkurənin ideoloji sütunu. Ulu Öndər Heydər Əliyevin: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – sözləri hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.Dünya azərbaycanlılarının birliyi. Bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər.

 

Aidə Dadaşova,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini

Bir cavab yazın