Demaqoqların mənəvi məğlubiyyəti.
2024-cü il fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı verilən qərar mühüm önəm kəsb edir. Bu eyni zamanda növbəti siyasi yarış üçün vacib situasiyadır. Azərbaycanda mövcud olan azad rəqabət mühitində özünə, elektoratına güvənən siyasi təşkilatlar üçün seçki olduqca vacib platformadır. Siyasi partiyalar hər zaman seçkiyə qatılmaqda maraqlı olmalıdır. Amma ölkəmizdə özünü hər zaman açıq, demokratik seçki mübarizəsindən kənar saxlamaqla qarayaxma kampaniyasında görən siyasi partiyalar da mövcuddur. Bu mənada AXCP və Müsavatın tutmuş olduğu mövqe təəcüb və təssüf doğurur.
Radikalların “boykotu” bir sıra məkrli hədəflərə hesablanıb. Bununla radikallar qərəzli təxribatlar üçün müxtəlif səviyyələrdə informasiya bəhanələri formalaşdırmağa, iqtidarı qərəzli şəkildə tənqid etmək üçün süni “imkanlar” yaratmağa, öz zəifliklərini gizlətməyə və cəmiyyətdə emosional gərginliyə nail olmağa çalışırlar.
Sağlam rəqabətin əvəzinə təxribatları seçən destruktiv müxalifət bir daha sübut edir ki, onlar xarici qüvvələrə xidmət edirlər. “Boykot” siyasi rəqabət metodu deyil, qərəzli informasiya manipulyasiyalar üçün münbit şərait yaradan siyasi texnologiyadır. “Kirli” texnologiyalarının klassik növü hesab olunan “boykotdan” əsasən sabit ictimai münasibətlərdə emosional və qalmaqallı situasiyaları yaratmaq üçün istifadə olunur. “Boykot” siyasətdə prinsipial mövqeyin nümayişi deyil, bilavasitə təxribatlara yol açan ucuz siyasi hiylədir.
Cəmiyyətin inkişafına və milli həmrəyliyə zərər verə biləcək əməllər bütün dövrlərdə radikalların fəaliyyətini xarakterizə edən əsas keyfiyyətlərdən olublar. Seçkilədə iştirak siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsidir. Siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsi olan seçkilərdə iştirak etməkdən imtina edənlərin səbəbi zəiflik və qalmaqallı situasiyaları təhrik etməkdir.
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan demokratik şəffaf cəmiyyət anlayışı bu gün özünün ən yüksək pilləsinə çatıb. Cəmiyyətin istək və arzuları bu gün idarəçiliyin formalaşmasında əsas amildir. Bu mənada 2024-cü ilin fevralın 7-də keçiriləcək seçkilər Azərbaycanın ictimai-siyasi həyatında növbəti mərhələ kimi daxil olacaq. Növbədənkənar seçkilərin keçirilməsinə dair qərarın ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunması da bu mənada mühüm önəm kəsb edir. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Amma bütün bunların fonunda radikal anti-milli ünsürlərin seçkiləri “boykot” qərarı onların çirkin niyyəti ilə bağlıdır. Onlar bu seçkilərdə də biabırçı şəkildə məğlub olacaqlarına əmindir. Azərbaycan cəmiyyəti isə hər zaman olduğu kimi həqiqətə, reallığa, xoşbəxt gələcəyə, güclü, qalib dövlət anlayışına səs verməklə radikallara layiqli cavab vermiş olacaq.
Nicat Axundzadə,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini